Modern.az

Səttar Mehbalıyevdən şirkətlərə ÇAĞIRIŞ: “İşçilərinizi evlə təmin edin”

Səttar Mehbalıyevdən şirkətlərə ÇAĞIRIŞ: “İşçilərinizi evlə təmin edin”

İqtisadiyyat

29 Sentyabr 2014, 14:51

“İri şirkətlərin gəlirləri işləyən insanların əməyi nəticəsində  qazanılır. Həmin şirkətlər niyə işçilərinin sosial həyatını yaxşılaşdırmaq üçün addım atmamalıdırlar ki?!”.
 Bunu Modern.az-a transmilli şirkətlərin, müəssisələrin daxilində həmkarlar ittifaqının yaradılmasının vacibliyindən danışarkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasınən (AHİK) sədri, deputat Səttar Mehbaliyev deyib.

AHİK sədri Dövlət Neft Şirkətini misal göstərərək bildirib ki, şirkət işçilərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün ötən il 5 milyon dollar vəsait ayırıb.

“Dövlət Neft Şirkəti öz işçilərinə 600-dən çoxmənzil verib. İri şirkətlər qazanclarının bir qismini insanların sosial həyatını yaxşılaşdırmağa sərf etməlidir”.

S.Mehabaliyev hesab edir ki, transmilli şirkətlərdə çalışan azərbaycanlıların öz həmkarlar təşkilatını yaratmalarına imkan yaradılmalıdır.

“Çalışırıq ki, “həmkarlar təşkilatı” adı ilə olmasa da, onlar digər adlarla  təşkilatlarını formalaşdırsınlar. Bu, onların əmək və sosial hüquqlarının, digər problemlərini həll etməyə yardım edəcək. Onlar həmin qrumlarla, rəhbərlərlə müqavilə bağlasınlar, sosial öhdəliklər tələb etsinlər”.

AHİK sədri vurğulayıb ki, torpaq almağa imkanı olmayan iri şirkətlər pulunu ödəməklə öz əməkdaşları üçün mənzil ala bilərlər.
“Bunu məcburi yox, könüllü həyata keçirməyə çalışırıq”, –  deyə S. Mehbalıyev qeyd edib.

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...