Modern.az

Xaricdəki tələbəmiz: “Malayziyada qadın işə gedən ərinin əlini öpüb başına qoyur” - MÜSAHİBƏ

Xaricdəki tələbəmiz: “Malayziyada qadın işə gedən ərinin əlini öpüb başına qoyur” - MÜSAHİBƏ

30 Sentyabr 2014, 10:12

“İngiltərədən viza ala bilmədim, cəmi 5 saat ərzində Malaziyaya getməyə qərar verdim”


“Selamat datang kepada Azerbaijan – Az
ərbaycana salamlar”

Modern.az saytı xaricdə oxuyan azərbaycanlı tələbələrlə müsahibələrin təqdimatına davam edir. Budəfəki müsahibimiz Malaziyanın paytaxtı Kuala-Lumpur şəhərində yerləşən University İndustry Selangor-da MBA proqramı üzrə təhsil alan Sirac Məmmədovdur.

Sirac Məmmədov 23 avqust 1988-ci il ildə Göyçay rayonunun Mirti kəndində anadan olub. Orta təhsilimi (I-VI sinif) Göyçay rayon 5 nömrəli orta məktəbdə, daha sonar Ağdaş Özəl Türk Liseyində başa vurub. Orta məktəbi bitirdikdən sonra 2006-2010-cu illərdə Türkiyənin Əskişəhər şəhərində yerləşən Anadolu Universitetinin Maliyyə-kredit fakültəsində təhsil alıb. 

“Malaziya təhsil almaq üçün heç ağlımda olmayan bir yer idi”

- Universiteti başa vurduqdan sonar hərbi xidmətə getdim. Hərbi xidmətdən sonra magistr təhsili almaq qərarına gəldim. Əsgərlikdən sonra magistratura oxumaq qərarına gıldim. Malaziyanın Kuala-Lumpur şəhərində yerləşən University İndustry Selangor universitetində MBA proqramı üzrə təhsil alıram.

- Necə oldu ki, xaricdə oxumağa qərar verdiniz?



- Türkiyədə oxumağı uşaqlıdan arzulamışam. “Yedi numara” serialı var idi. Orda universitet tələbələri və onların yaşam tərzi mənə fərqli gəlirdi. Liseyə qəbul olunduqdan sonra bu qərarım daha da qətiləşdi. Türkiyədə təhsilimi aldım. Amma Malaziyaya gəlməyim bir az qarışıq məsələdir (gülür). Türkiyədən fərqli olaraq magistr təhsilini ingili dilli bir ölkədə almaq istəyirdim. Və ən yaxşılardan bir olan İngiltərəni seçdim. Universitetə dəvət aldım. Amma viza almaq bir az çətin idi. İngiltərədən viza ala bilmədim. London School of Commerce (LSC) universiteti mənə onların Malaziyada yerləşən kampuslarına oxumağı məsləhət gördü. Malaziya haqqında sadəcə 5 saat internetdən araşdırma apardım. Bundan sonra Malaziyaya getməyə qərar verdim. İstəyim ingilis dilində təhsil idi. Malaziyada iki dövlət dili var-ingilis və malayca. Univeristetdə, sosial ortamlarda ingiliscə danışıram. Amma birazda malayca bilirəm. Arada bu dildən də istifadə edirəm.

- Xaricdə təhsil almaq istəyənlərə nə məsləhət görərdiniz?

- Xaricdə oxumaq elə də göründüyü kimi çətin və əlçatmaz deyil. Hansı  ölkəyə gedəcəksiniz gedin. “Orda neynəyəcəyəm, nə yeyəcəyəm, necə ünsiyyət quracağam” sualları haqda və başqa problemləri fikirləşməyin. Sadəcə gedin. Onsuz da müəyyən bir zamandan sonra siz də o ölkənin vətəndaşından seçilməyəcəksiniz.

“Malaziya insanı əxlaqi cəhətdən bizdən üstündür”



- İlk zamanlar hansı çətinliklərlə üzləşdiniz?

- Türkiyədə oxuduğum illərdə çox çətinliklə üzləşməmişəm. Yaşayış tərzlərimiz demək olar ki, oxşardı. Amma pasifik ölkələrindən biri olan Malaziyada müəyyən çətinliklərlə qarşılaşdım. Malaziyada həmişə isti və bürküdür. Yeməkləri, insanları və adən-ənənləri o qədər fəqlidir ki, onlara öyrəşmək çox çətin idi.

- Azərbaycanla müqayisdə yaşam tərzində, cəmiyyətin fikrində hansı fərqlər gördünüz?

- Malaziya insanının yaşayış və əxlaqı bizdən üstündür. Adi bir nümunə gətirmək istəyirəm. Məsələn, avtobus və qatarlara minik zamanı nə qədər çox adam olur-olsun, insanların hamısı bir sırada durur.  Heç kim bir başqasının sırasına girmir və ya qarşısındakını tapdalayıb keçmir.

- Təhsildə hansı fərqlər var?

- Malaziyanın bir çox universitetlərində təhsil ingilis dilində aparılır. Həmin universitetlər də İngiltərə və ya Amerikanın hər hansı bir universitetinin proqramını izləyirlər.

- Təhsil aldığınız universitetdə azərbaycanlı tələbələr var?



- Mənim təhsil aldığım universitetdə azərbaycanlı tələbələr yoxdur. Amma Malaziya universitetlərində ümumilikdə 20-30 arasında azərbaycanlı tələbə təhsil alır.

“Xaricdə yaşamaq həyatımın bir parçasına çevrilib”

- Azərbaycan üçün darıxırsınız?

- Təbii ki, Azərbaycan üçün darıxıram, amma mən uzun müddətdir ki, ölkədən kənardayam. Artıq bu iş, xaricdə yaşamaq və təhsil almaq həyatımın bir parçasına çevrilib.

- Azərbaycandakı hadisələri izləyirsinizmi, yoxsa qərib diyarda ölkəmizdən bixəbər qalmısınız?

- İnternet və sosial şəbəkələr sayəsində insan istəməsə belə, dünyada olan hadisələri rahatlıqla izləyə bilir. Hadisələrdən bixəbər olmaq mümkün deyil.

- Azərbaycanın milli bayramlarını qeyd edə bilirsiniz?

- Malaziyada səfirliyimiz olduğu üşün şanslıyıq. Bütün bayramlarımızı həmyerlilərimizlə səfirlikdə qeyd edirik.

“Malaziyada gəyirmək normal hesab olunur”



- Yaşadığınız ölkənin hansı maraqlı adət-ənənələri var?

-  Burada yeməkləri əllə və demək olar ki, bütün ailələr yeməyi çöldə yeyirlər. Mən də onların bütün yeməklərinə öyrəşməmişəm, amma bir çoxunu yeyə bilirəm. Malaziyada digər bir maraqlı adət var, həyat yoldaşı uzaq səfərə və yaxud işə gedən qadın onun əlini öpüb başına qoyur. Yolda nə qədər tıxac olur-olsun, heç bir sürücü siqnala basmır.

- Malaziyada bəyənmədiyiniz adət, mənfi cəhətlər hansıdır?

- Burada insanaların ictimai yerlərdə belə, gəyirmələri (ağzından qaz çıxarmaqları) normal sayılır. Buradakı restoranlarda ofisiantları iki dodağı öpərək çağırırlar (Bizdə itləri çağırdığımız kimi).

- Malaziya insanı barədə nə deyə bilərsiniz?

- Malaziya insanı istiqanlı, balaca və zərif olur. Hava şəraiti ilə əlaqədar olaraq bütün işlərdə  çox yavaş və rahatca hərəkət edirlər. Onlar nə siyasi gündəmdə,  nə də ki,  yaşayış həyatlarında harasa tələsirlər. Malaziya insanın həyat tərzi sürətli deyil.

















Pərvanə İBRAHİMOVA

Rüfanə GÜNƏŞ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi