Bu ayın ortalarında bir qrup azərbaycanlı deputat futbol oynamaq üçün Moskvaya yola düşəcək.
Millət vəkilləri 7 ölkənin deputatlarının qatılacağı futbol yarışında Azərbaycanı təmsil edəcəklər. Modern.az saytının məlumatına görə, Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski Azərbaycana səfəri zamanı bu təklifi irəli sürüb və azərbaycanlı deputatlar buna razılıq veriblər.
Modern.az-a açıqlamasında bu matça qatılacaq deputat Siyavuş Novruzov məlumatı təsdiqləyib.
O, əvvəlki illərdə də belə yarışın keçirildiyini bildirib.
Qeyd edilən futbol turnirində Rusiya, Belarus, Orta Asiya respublikaları və Azərbaycandan olan deputatların yarışaçağı bildirilir.
Modern.az