Modern.az

2 yaşlı “AzVizion”un baş redaktoru: “Bizə hücumlar olub, ciddiyə almamışıq”

2 yaşlı “AzVizion”un baş redaktoru: “Bizə hücumlar olub, ciddiyə almamışıq”

Media

1 Oktyabr 2014, 11:31

Bu gün AzVision.az saytının 2 yaşı tamam olur. Modern.az kollektivi olaraq həmkarlarımızı təbrik edir, xəbəriniz bol, oxunaqlı olsun deyirik.

Saytın baş redaktoru Vüsal Məmmədov ad günü sevincini Modern.az-la bölüşüb.

“AzVision.az Azərbaycan “onlayn” mediasında bum yaşanan bir dövrdə yaranmışdı. Ona görə də bazarda yer tutmaq çətin idi. Amma bir məqam da var idi ki, bütün bolluğun içində ciddi ictimai-siyasi saytlar az idi. AzVision.az məhz bu sektora hədəfləndi və qısa vaxtda yerimizi tutduq. Göstərdik ki, ucuz xəbərçiliyə getmədən də oxucu toplamaq mümkündür. AzVision.az-da heç vaxt şou, "18+" tipli xəbərlər görə bilməzsiniz”.
Baş redaktor 2 ildə çox da çətinliklə üzləşmədiklərini söyləyiri: “Düzünü deyim ki, elə də çətinliyimiz olmadı. Sadəcə, görməli olduğumuz işi görmüşük və nəticə özü-özünə alınıb. Heç kiminlə qalmaqala girməmişik, toqquşmamışıq. Bizə hücumlar olub, amma ciddiyə almamaşıq”.

“Ad günümüzü şəhərdəki məşhur restoranların birində 15 nəfərlik kollektivimizlə keçirəcəyik”, - deyə V. Məmmədov  vurğulayıb.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi