Modern.az

“Uşaqların idarə etdiyi muzey” - Qobustandan REPORTAJ

“Uşaqların idarə etdiyi muzey” - Qobustandan REPORTAJ

2 Oktyabr 2014, 12:25

 

Tərəfsiz Jurnalistlər İctimai Birliyinin bir qrup əməkdaşı “Azərbaycan muzeylərini tanıyaq” layihəsi çərçivəsində Qobustan Dövlət Tarixi-Bədii qoruğunda olub. Modern.az xəbər verir ki, birliyin rəhəbəri Elşad Eyvazlı layihə, onun məqsədləri barədə muzey rəhbərliyi və işçilərinə məlumat verib. Daha sonra Qobustan Tarix-Bədii Qoruğu muzeyinin direktoru Məlahət Fərəcova muzeyin fəaliyyəti barədə jurnalistlərə məlumat verib:

Qobustan qoruğunu uşaqlar idarə edib

“Qobustan muzeyi 2013-cü ildə ilin Avromuzey elan olunub. Bizim geniş beynəlxalq əlaqələrimiz var. Həmçinin beynəlxalq layihələr üzərində çalışırıq. Dünyanın müxtəlif ölkələrində keçirilən konfranslar, beynəlxalq sinfoziumlarda iştirak edirik. Biz öz daxilmizdə də tez-tez tədbirlər keçiririk. Məsələn 2 iyunda “Uşaqların müdafiəsi günü”ndə bizdə dərnəklər fəaliyyət göstərən dərnəklərdə, Ələt, Nəvai, Qobustan qəsəbələrindən uşaqları toplayırıq. Bizim işçilər uşaqları həm bələdçi kimi, həm fond işi ilə tanış edirlər. Həmin gün biz elan edirik ki, Qobustan qoruğunu uşaqlar idarə edəcək (təbii ki, bizim nəzarətimizdə).

Bundan başq rəsm sərgiləri təşkil edirik. Uşaqları əvvəlcə qayaüstü rəsmlərlə tanış edirik. Sonrada onlar rəsmləri çəkirlər”.

Tonqodan və Yeni Zenlandiyadan gələn qonaqlar


“Dünyanın bir çox ölkələrindən qoruğa gələnlər olur. Turistlərin əksəriyyəti Avropa ölkələrindən gəlir. Yaponiya, Koreya, ABŞ, Almaniyada da çoxlu turistlər olur. Keçən il keçirilən humanitar foruma dünyanın bütün ölkələrindən 600-dən çox insan gəlmişdi. 2007-ci ildən Qobustan UNESCO-nun mədəni irs siyahısına daxil olandan sonra, qoruğa gələnlərin sayı 50% artıb. Milli muzey statusu aldıqdan sonra 70%, Avromuzey statusu aldıqdan sonra isə gələnlərin sayı 100% artıb. UNESCO-ya daxil olmamışdan əvvəl il ərzində 12-13 min ziyarətçimiz olurdu. Amma 2014-cü ilin 8 ayında 20-22 min ziyarətçimiz olub. Hətta keçən il gələn ziyarətçilərdən bir Tonqodan idi. Yeni Zenladiyadan da bir ailə qoruğa gəlmişdi. Biz də onlara sual verdik ki, iyul ayında, qızmar istidə balaca uşaqlar bura niyə gəlmisiniz? Onlar dedi ki, tətil üçün UNESCO-ya daxil olan abidələrin xəritəsini uşağın qabağına qoyduq. Dedik ki, bir yer seç. Uşaq da Qobustanı seçib”. 

Digər muzeylərdən fərqli olaraq yerli ziyarətçilərimiz çox olur 

“Sezon vaxtı, yəni yaz və payız aylarında, məktəblilər və tələbələr həddindən artıq çox gəlir. Hətta kadr çatışmazlığı yaşayırıq. Elə zamanlar olur ki, gün ərzində eyni vaxtda 10-15 qrup gəlir”.

Test üsulu ilə seçilən kadrlar

 

“Son iki ildə biz kadrları test üsulu ilə seçirik. Universitetlərin tarix və muzeyşünaslıq profilli fakültələrində işimizlə bağlı təbliğat aparırıq. Daha sonra tələbələri dəvət edirik. Test üsulu ilə imtahan keçiririk. Bizdə ən yüksək bal 30 baldır. 29-30  balı toplayanlar birinci dəvət olunurlar. Onlara bir ay sınaq müddəti ilə abidə mühafizəçisi kimi işə götürürük. Onlar bir ay ərzində ekskursiya mətnlərini təhvil verməlidirlər. Mətn uğurludursa biz onu bələdçi vəzifəsinə keçiririk. Test üsülu ilə imtahana maraq var. Çox insan gəlib bu imtahandan keçmək istəyir”.  

Çöl işində zədələnənlərdə olur   

“İşimiz böyük və məsuliyyətlidir. Fond işimiz var ki, burada ekspanatların sənədləşdirilməsi, araşadırlması aparılır. Çöl tədqiqatlarımız var ki, həm çox maraqlıdır, həm də təhlükəlidir. Çünki, bəzən özünü zədələyən kadrlarımız da olur. Biz də artıq arxaleoji qazıntılar aparılmır. Çünki, 1994-cü ilə qədər əldə edilən tapıntıların sayı 100 mindən artıqdır, onları sənədləşdirmək uzun müddət davam edəcək”.

Daha sonra muzeyin bələdçisi jurnalistləri Qobustan qayaları, onların üstündəki motivlərlə tanış edib.

 

Rüfanə Günəş

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI