Modern.az

Şəhid ailələri və imtiyazlı şəxslərə qurban sovqatları paylanıb

Şəhid ailələri və imtiyazlı şəxslərə qurban sovqatları paylanıb

Təhsil

3 Oktyabr 2014, 16:30


Qurban bayramı xeyirxahlıq, paklıq və Allaha inam və sevgi bayramıdır. İslam dinində bu ay xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı öz əksini tapıb. Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Müqəddəs Qurban bayramı münasibətilə ənənəvi olaraq şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələrə bayram sovqatları paylanıb.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin göstərişinə əsasən ərazidə, o cümlədən Bakı, Sumqayıt və digər şəhərlərdə məskunlaşmış şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, imtiyazlı ailələrin evlərində  olunmuş, problemləri ilə maraqlanıb, onlara bayram sovqatları verilib.

Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış 280 şəhid ailəsinə, Qarabağ əlili və imkansız ailələrinə (un, düyü, şəkər tozu, çay, yağ) yardımı verilib. Həmçinin Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin təşəbbüsü ilə Horadiz şəhərində və digər kəndlərdə Qurbanlar kəsilərək imtiyazlı ailələrə paylanıb.

Göstərilən diqqət və qayğıya görə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkün ailələri minnətdarlıqlarını ifadə ediblər.

Qurban bayramı ümumilikdə rayonun bütün yaşayış məntəqələrində qeyd olunub.






Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?