Modern.az

4 jurnalistə Zərdabi və Nəcəf Nəcəfov ənənələrinə görə mükafat verildi - FOTOLAR

4 jurnalistə Zərdabi və Nəcəf Nəcəfov ənənələrinə görə mükafat verildi - FOTOLAR

Media

3 Oktyabr 2014, 18:15

Demokratik İslahatlar Partiyası (DİP) 22 iyul – Milli Mətbuat Günü münasibətilə Partiyanın təsis etdiyi «Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda» mükafatı bu gün sahiblərinə təqdim edib.
Modern.az saytı xəbər verir ki, təqdimat mərasimində partiya sədri Asim Mollazadə qeyd edib ki, DİP bu mükafatı təsis etməklə cəmiyyətə azad və peşəkar medianın inkişafının önəmi ilə bağlı mesaj vermək istəyir.

«Sivil və demokratik cəmiyyətlərin formalaşmasında medianın müstəsna xidmətləri var. Azərbaycan jurnalistləri kifayət qədər çətin şərtlər altında çalışır və mediamızı inkişaf etdirirlər. Hesab edirik ki, ölkədəki hər kəsin, o cümlədən də, siyasi partiyaların mediaya dəstək verməsi vacibdir » – deyə millət vəkili bildirib.

Sonra A.Mollazadə müvafiq mükafatları qaliblərə təqdim edib.

Vəsilə Vahidqızı (İctimai TV) - Uğurlu televiziya layihəsinə görə, Tapdıq Fərhadoğlu (“Amerikanın səsi” radiosu) - Azərbaycanın ictimai-siyasi və sosial həyatında baş verən proseslərin obyektiv işıqlandırılmasına görə, Əfqan Qafarlı (Modern.az saytı) - Azərbaycanda peşəkar internet mediasının formalaşmasındakı xidmətlərinə görə, İmdad Əlizadə (Mediaforum.az saytı) - Azərbaycanın ictimai-siyasi həyatına və parlamentin fəaliyyətinə həsr olunmuş obyektiv məqalələrinə görə sözügedən mükafatlara layiq görülüblər.

Qaliblər mükafatlara və partiyanın bu ənənəsinə görə Asim Mollazadəyə təşəkkürlərini bildiriblər. Media tariximizdə böyük rolu olan iki dahi şəxsiyyətın adını daşıyan mükafatı əldə etməkdən qürur hissi keçirdiklərini ifadə ediblər.










Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi