Bir müddət öncə ANS-in “Günəbaxan” verilişindən ayrılan və ümumiyyətlə bu telekanalla vidalaşan tanınmış aparıcısı İlqar Mikayıloğlu yeni iş tapıb. Modern.az xəbər verir ki, İlqar Mikayıloğlu bundan sonra “Azad Azərbaycan Televiziyası”nda (ATV) çalışacaq. O, ATV-də yeni layihə ilə efirə çıxacaq.
İlqar Mikayıloğlu ANS-in köhnə işçilərindən idi. O, ANS üçün Qarabağ, Çeçenistan, Əfqanıstan və Gürcüstanda hərbi əməliyyatları lentə alıb. ANS teleşirkətində adi əməkdaşdan şef redaktor vəzifəsinə qədər yüksəlib. Son vaxtlar “Günəbaxan” verilişinə aparıcılıq edirdi.
İ.Mikayıloğlu eks-deputat Gülər Əhmədovanın qardaşıdır.
A.Qorxmaz