Modern.az

““Yarmarkadakı ballar saxtadır” deyənlərə Kənd Təsərrüfatı Nazirliyindən CAVAB

““Yarmarkadakı ballar saxtadır” deyənlərə Kənd Təsərrüfatı Nazirliyindən CAVAB

İqtisadiyyat

8 Oktyabr 2014, 15:40


““Yarmarkadakı ballar saxtadır” deyənlər, gözü ilə onu necə təyin edir, mən başa düşə bilmirəm. Bu şayiədən başqa bir şey deyil. Satışa çıxarılan balların hamısı ilk növbədə rayonlarda, daha sonra baytarlıq laboratoriyasında yoxlamadan keçib. Saxtakarlıqdan söhbət gedə bilməz”.
Bunu Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Nazirlik rəsmisi bildirib ki,  ilk laborator rəylərində 8 arıçının balı standartlara cavab vermədiyinə görə satışa buraxılmayıb. “Bunlar Astara, Mingəçevir və Gədəbəydən olan arıçılar idi”.

M. Hacıyev bu gün bal yarmarkasında olduğunu söyləyib: ”Bal yarmarkasından təzəcə qayıtmışam. Yarmarkada olduğum 1 saat ərzində gördüklərim belə deməyə əsas verir ki, yarmarka yüksək səviyyədə təşkil olunub. Alıcı və satıcılar qarşılıqlı anlaşma şəraitində razılığa gəlirlər. 15, 20, 30 manata ballar təklif edilir. Qiymətləri sərbəst buraxmışıq. Kim neçəyə istəyir, elə də satır”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə oktyabr ayının 1-dən 30-dək Bakıda  arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirilir.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...