“Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda satılan qurbanlıq qoyunların qiyməti 90 manatdan yuxarı olmayıb”. Bunu Modern.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev söyləyib.
“Bayram ərəfəsində çadırlar qurulmuşdu, qiymətlərsə 95 manat müəyyən olunmuşdu. Lakin nazir Heydər Əsədov özü gələndən sonra elan olundu ki, qurbanlıq qoyunlar 90 manata satılsın”.
“Bundan sonra ayrı-ayrı yerlərdə çalışan işçi qruplarına məlumatlar verildi. Bayram bitənə qədər bir saatdan bir məlumatlar alırdıq. Nazirliyin təşkil etdiyi yarmarkalarda 90 manatdan baha heyvan satılmayıb. Bakının müxtəlif yerlərində qurbanlıq heyvan satılırdı. Bu demək deyil ki, hamısını nazirlik təşkil etmişdi. Əgər nazir 90 manat deyibsə, onu heç kim baha sata bilməz. Başqa yerlərdə satılıb, onu da nazirliyin adına çıxmasınlar”, – deyə M. Hacıyev əlavə edib.
Qeyd edək ki, Qurban bayramından əvvəl satılacaq qurbanlıq qoyunların satış yeri və məbləği açıqlanmışdı. Lakin bayram günü satılan qurbanlıq qoyunlaın qiyməti 150-200 manat arası olub.
Gülşən Raufqızı