Modern.az

Ədəbi sorğu: “Türk şairlərindən kimi oxuyursuz?”

Ədəbi sorğu: “Türk şairlərindən kimi oxuyursuz?”

9 Oktyabr 2014, 13:03


Çağdaş Azərbaycan ədəbiyyatının ən çox söykəndiyi meyar və öyrəndiyi məktəb təbii ki, Türkiyə poeziyasıdır. Elə təkcə Nazim Hikmətin təsiri bu gün də bizim şairlərin sətirlərindən əskilmir. Modern.az kiçik sorğusunda gənc yazarlara bu sualla xitab edib: “Hazırda mütaliə etdiyiniz və oxuculara məsləhət gördüyünüz çağdaş Türkiyə şairləri kimlərdir?”

Ağa Cəfərli: “Nazim Hikmət, Cemal Süreyya, Küçük İsgender, Eziz Nesinin də yaxşı şeirləri var, Ahmet Arif və Atilla İlhanı da həm oxuyur, həm də məsləhət görürəm“. 

Rüfət Əhmədzadə:  “Atilla İlhanı, çox dinləyirəm, xüsusən də “Aysel,  git başımdan” şeirini. Cemal Süreyya, Can Yüceli də oxuyuram. Nədənsə Küçük İskəndəri sevə bilmirəm. Bir ara ciddi maraqlandım, amma xeyli plagiat tapdım şeirlərində. Marağım itdi”.  

Yetim Manaf: “Mənim üçün türk şeiri Nazim Hikmətlə başlayıb, ele onunla da bitib”.  

Əvəz Qurbanlı: “Süleyman Baysal, Baki Yıldırım, Halise Tekbaş və s-i oxuyuram. Lakin müasir türk şairlərindən xüsusi vurğulaya biləcəyim imza tanımıram”.

Zəka Vilayətoğlu: “Modern türk şairlərindən ən çox Küçük İsgəndəri oxuyuram”.  

Şəfiqə Şəfa: “Müasir türk şeirində Cemal Sürəyyanın özünəməxsus yeri var. Onun digər qələmdaşlarından fərqi ondadır ki, şeirləri təkcə ədəbiyyat adamlarının, savadlı kateqoriyanın yox, ən ucqarda yaşayan, ümumiyyətlə ədəbiyyatdan anlayışı olmayan adamlar arasında da sevilir. Bundan başqa Atilla İlhanı da çox bəyənirəm. Çox gözəl,səmimi şeirləri var”.  

Vüsal Nuru: “Təəssüf ki, heç kimi. Ədəbi əlaqələrin tük qədər incə olması modern Türk şairlərini tanımırıq. Yəni söhbət həmyaşıdlarımızdan gedirsə mən heç kimi tanımıram. Bilmirəm bu bizim əlaqələrin zəifliyindəndir, ya özümüzün səhlənkarlığından. Sağ olsun Əkbər Qoşalı onun sayəsində az çox bir-iki nəfərin şeirləri, imzaları tanışdı. Lakin sovet dövründəki kimi heç bir şəxsi görüşlər, qarşılıqlı iş birlikləri olmadığından hər şey internet və kağız üzərindədir. Ammahesab edirəm ki, Səlim Babullaoğlunun da fəaliyyəti, görəcəyi işlər nəticəsində araya fundamental ədəbi körpü salınacaq. Hələ ki, heç kimi tanımıram və yaxşı olardı ki, tanıyanlar mənə də məsləhət görsünlər”.  

Emin Piri: “Cemal Süreyya, Özdemir  Asaf , Atilla İlhan, Nəcib Fazil Qısakürək”.  

Elmin Nuri    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI