Modern.az

Zakir Qaralov hüquq müdafiəçiləri ilə görüşüb

Zakir Qaralov hüquq müdafiəçiləri ilə görüşüb

29 İyul 2010, 16:48

İyulun 29-da baş prokuror Zakir Qaralov Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlını qəbul edib.

Modern.az xəbər verir ki, Respublika Prokurorluğu mətbuat xidmətinin məlumatına görə, baş prokuror ilk növbədə prokurorluq orqanları ilə hüquq müdafiəçiləri arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etməklə bu əlaqələrin yalnız insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına xidmət etdiyini xüsusi vurğulayıb. Prokurorluq orqanlarının cinayətkarlıqla mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətindəki fəaliyyəti barədə ətraflı məlumat verən Z.Qaralov ötən illər ərzində qanunazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, vətəndaşların ərizə və şikayətlərinə baxılması işinin Baş Prokurorluğun rəhbərliyinin daim diqqət mərkəzində saxlanıldığını bildiribr.

Hüquq müdafiəçiləri qarşılıqlı səmərəli əməkdaşlığa görə minnətdarlıqlarını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatlar və görülən işləri təqdirəlayiq hesab etməklə, təmsil etdikləri qurumun insan haqlarının müdafiəsi sahəsində əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Hüquq müdafiəçiləri onları maraqlandıran bir sıra məsələlər, o cümlədən Monitorinq Qrupuna daxil olmuş müraciətləri baş prokurorun nəzərinə çatdırıblar.

Baş prokuror öz növbəsində həmin məsələlərin nəzarətə götürülməklə qısa müddət ərzində araşdırılacağını və qanunamüvafiq tədbirlər görüləcəyini bildirib.

Qəbulda vətəndaşların hüquqlarının qorunması sahəsində əməkdaşlığa dair təkliflər irəli sürülmüb, maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Modern.az


 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI