Modern.az

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bir qrup işçisinə töhmət verilib

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bir qrup işçisinə töhmət verilib

29 İyul 2010, 17:29
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsində 2010-cu ilin birinci yarısında görülmüş işlərə dair iclas keçirilib.

Modern.az
xəbər verir ki, iclasda çıxış edən komitə sədri Kərəm Həsənov qeyd edib ki, 2010-cu ilin ilk 6 ayında dövlət əmlakının səmərəli idarə edilməsi, qorunub saxlanılması və mühafizəsi, özəlləşdirmənin sürətləndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, regionların inkişafının təmin olunması üçün istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və inkişafı, yeni iş yerlərinin açılması, özəlləşdirilən müəssisələrdə investisiya qoyuluşlarına nəzarət edilməsi sahələrində bir sıra zəruri işlər görülüb.

Toplantıda komitənin fəaliyyətini geniş əks etdirən “www.emdk.gov.az” internet saytında "İnformasiya əldə etmək haqqında" Qanunda nəzərdə tutulan məlumatların yerləşdirilməsi, saytdan əhaliyə xidmət vasitəsi kimi istifadə edilməsi ilə bağlı lazımi işlərin görüldüyü vurğulanıb.


Həmçinin qeyd edilib ki, müraciətlərin cavablandırılması sahəsində də operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə daxil olan sorğuların komitənin internet saytı vasitəsilə elektron qaydada qəbulu və cavablandırılması işi aparılır.

Bildirilib ki, vətəndaşların ictimai etimadının artırılması, daxil olan müraciətlərin cavablandırılması işində operativliyin təmin edilməsi məqsədilə komitənin mərkəzi aparatında 193 nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 148 nömrəli və Hərracların Təşkili üzrə Auksion Mərkəzində 566-07-44 nömrəli telefon məlumat xidmətləri fəaliyyət göstərir. Daxil olan müraciətlər əsasən dövlət müəssisə və obyektlərinin icarəyə verilməsi və özəlləşdirilməsi, bununla bağlı təqdim ediləcək sənədlərin siyahısı ilə əlaqədar olub.

Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində müvafiq qanunvericiliyin izah olunması ilə bağlı da müraciətlərin daxil olması çoxluq təşkil edib. Sonda daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı sisteminin inkişaf etdirilməsi, bu sahədə şəffaflığın və səmərəliliyin artırılması, habelə vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı da müvafiq tapşırıqlar verilib. Həmçinin iş fəaliyyəti proseslərində yol verdikləri nöqsanlara görə komitənin bir sıra işçilərinə töhmət və xəbərdarlıqlar verilib, onlara işlərində ciddi dönüş yaratmaqları tövsiyyə edilib.

İclasda özəlləşdirmənin daha da sürətləndirilməsi, dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən daxilolmaların artırılması, dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, onun qorunub saxlanılması və səmərəli istifadə edilməsi sahəsində həyata keçiriləcək tədbirlərin daha da gücləndirilməsi, dövlət mülkiyyətində olan torpaq sahələrində qeyri-qanuni tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasının, onların istifadə təyinatının dəyişdirilməsi hallarının qarşısının alınması və səmərəli istifadəsinin təmin olunması istiqamətində görülmüş işlərin gələcəkdə də uğurla aparılmasının vacibliyi vurğulanıb. 

Modern.az    

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI