Modern.az

Müqəddəslərin - Tanrıların işarəsi

Müqəddəslərin - Tanrıların işarəsi

12 Oktyabr 2014, 00:22

Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, 
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü

“Atilla varisləri yurdunun sirləri” adlı yazımdan sonra bu yeni tapdığım qədim Abdal şəhəri, müqəddəs Ay məbədi, eləcə də üzərindəki müqəddəs damğalar barəsində çox şeylər öyrəndim.
Bir çox tarixçilərlə görüşdüm, onların fikirlərini dinlədim. Bildikləri, tanıdıqları işarələrin sirrlərindən danışdıq, müzakirələr apardıq. O işarələrin mənasını ortaya çıxarmağa çalışdıq.

Belə ki, işarələr bizə təxminən:
- Siz insanlar müvəqqətilərdənsiniz, amma biz əbədiyik, tarixinizə sahib çıxın, tarixinizə ögey münasibət bəsləməyin” deyir. Müqəddəsliyin tarixən sınaqdan çıxdığına görə xalq bunu qəbul edir. Bu müqəddəs işarələrin mənası o damğalar Günəşin rəmzidir. Günəş alovunun rəmzidir, bu işarələr təmiz, saf qəlblə buraya gəlib ruhunu təmizləyərək and yeri seçmişlər. Bu müqəddəs yer hələ ən qədim dövlərdən, təxmini altı min ildən bəri, hələ islam  və xristian dinlərinin olmadığı dövrdə bu ərazidə bu dağların arasında müqəddəs Ay məbədi barəsində arxivlərdə müqəddəs ibadətgah barədə də bildirilib amma yeri tam göstərilməyib.

Quran ayəsində belə Ayın müqəddəsliyi  göstərilib. Ayın tarixən türkün Oğuz rəmzi olduğu bizim hər birimizə yaxşı məlumdur. Tarixi faktlar, mənbələr də bunu sübut edir. Qafqaz oğuzları turukların, sakların, midiyalılaran, massagetlərin, albanların varisləridir.
Bu qədim Abdal şəhərində 9 Oğuz qəbiləsindən üzübəri bu ərazilərdə dağ oğuzları yaşayıb. Dağ Oğuzları 9 başı olan yumru işarəni də bizə nişanə kimi bir sübut qoyub. Amma bura gələn hamı sadəcə səkkiz işarəni gördüyünü deyir. Kim doqquzuncu  yumru işarəni görməsə mənə müraciət etsin, mən ona göstərə bilərəm. İndiyə qədər çox adama ordakı doqquzuncu işarəni göstərmişəm ki, onlar da sadəcə səkkiz işarə gördüklərini iddia edirdilər. Mən bu damğaların, işarələrin şəkillərini mətbuata verəndən sonra bizim tarixçilərdən bu barədə xeyli məlumatlar əldə elədim, fərqli rayonlardan tanımadığım amma tarixini, millətini sevən tarixçilərlə tanış oldum.
Aldığım məlumatlara görə, bu işarələrin tarixi üç min il yox, daha qədim dövrə, hardasa altı ya da yeddinci minilliyə gedib çıxır.
Mənə bu Ay məbədinin müqəddəs işarələrindən çox şeylər öyrədən tarxiçilərdən bi neçəsinin fikirlərini sizinlə bölüşürəm.


Elşad Amanov:
- Cəlaləddin müəllim, sizin aşkar etdiyiniz bu obyektlər Azərbaycan tarixinin təqribən səkkiz minillik bir dövrünü öyrənmək üçün çox əhəmiyyətlidir. Bu barədə yazılarınızla tanış oldum. Yazdıqlarınız böyük bir işin başlanğıcıdır. Bilirəm ki, həmin obyektlərə hər səfəriniz yeni yapıntılarla, yeni məqalələrlə nəticələnəcək. Güman edirəm ki, bu məkan qədim qəbilə və tayfaların mərasim keçirdikləri məskəndir. Bura müqqəddəslərin yurdudur. Verən həyat ağacıdır. Ki, bu da Türk mifologiyasında var. Üzərində xətt, üç dairə, ləçəkli budaqlar həyat ağacı mənasındadır. Yazıya qədərki dövrə aiddir. Gümanıma görə 8-10 min ilə qədər bir tarixdir. Heykəllər vasitəsi ilə söyləmək olar ki, bu dağ Allahlar məskəni kimi bir yer olub. Yunanlarda olduğu kimi...
Bu yer müqqəddəslərin məskəni olmaqla bahəm həm də and yeri olub, Cəlaləddin müəllim, şəkildəki damğalar Günəş rəmzidir. Birinci Günəş alovun rəmzidir, sonrakı üstəgəl Günəşin rəmzidir. Dilimli svastika ruhun təmizlənməsi, and yerimizdir.
Şəkildəki üç işarə haqqında apardığım araşdırmalar əvvəlki fikrimi bir daha təsdiq etdi. Belə ki,bu şəkil svastika adlanır-tərəqqi, əbədilik, firavanlıq bildirir. Sağa əyilmiş qanadları Günəş odunun göstəricisidir. Yəni, alov insan ruhundakı yaxşı olmayan, bəd hissləri yandırıb məhv edir. Yalnız təmizlənəndən sonra yuxarı, and məqamına yüksəlir.

 

Türk mifalogiyasında həyat ağacı anlamı daşıyır. Xəttin sol tərəfi yeraltı dünya, xəttin üstü dünya misalında, üç dairə isə səmanı-ruhların göndərildiyi məkan kimi ifadə olunur.
Qədim Abdal kəndində diqqətimi cəlb edən yüzhektardan artıq olan qoz bağları oldu.
Hansı ki, meşənin ortasında qoz və meyvə ağaclarını, ulu babalarımızın bizə miras buraxdığı nemətləri də gördüm. Biz bu müqəddəs damğaları qorumalı, sahib çıxmalıyıq.
Mən neçə saat yolu olan dağların zirvəsinə qalxa-qalxa, yüksəkliklərə çıxa-çıxa qədim Abdal şəhərini tapdım. Müqəddəs Ay məbədini görəndən bəri necə deyərlər, ruhum  təmizlənib. Orada bir şəkil çəkdirmişdim, indi o şəklə baxanda özüm belə özümü tanımıram. Siz də baxın, mən orada özümü quş kimi hiss edirəm. Həm də qəribədir ki, şəkildə arıq düşmüşəm. O şəkli Ay məbədinin kölgəsində durub çəkdirmişəm. Mənim başımın arxasındakı dağı görürsünüzmü?
Bax bu şəkildə də başımın arxasındakı dərədə bu müqəddəs Ay məbədinin biri də var. Hava yolu ilə 700 metrə olsa da ora getmək üçün səkkiz saat vaxt lazımdır. Dərənin dibinə düşüb yenidən Abdal çayını keçib, uçurumlarla dolu olan bir dağın  zirvəsinə qalxmaq lazımdır. O dağın döşündəki məbəd, bu yerin altında qalan şəhər bizim tariximizdir.

Abdal çayı qədim Abdal şəhəri olub. Burada Türk dilli Alban qəbiləsi yaşayıb.
Arxivlərdə abdalların türkdilli olması barədə yüzlərcə faktlar, sənədlər var. Qədim Türk soylarından olan abdalların Ön Asiya və Qafqazda məskunlaşması barədə tarixi mənbələrdə xeyli məlumatlar mövcuddur.



Belə müəlliflərdən biri VI əsrdə yaşamış Suriyalı Zaxari Ritor abdalların adını hun tayfaları ilə birlikdə çəkir və onların Dağıstan hüdudunda yaşadığını qeyd edir. O, burada on üç tayfadan birinin də abdallar olduğunu göstərir.

Görkəmli rus şərqşünası V.V.Bartold və “Türkmənistan SSR tarixi” nin müəllifləri də abdalları hun tayfalarından biri hesab etmişdilər. Bundan başqa başqırdların, qaraqalpaqların da tərkibində eyni adlı tayfa olmuşdu. Osmanlı dövlətinin quruluşuna aid mənbələrdə adı keçən Anadolu abdallarından biri Abdal Kumral, yaxud Kumral Abdal olmuşdur. Osmanlı mənbələrində Sultan II Murad dövründə yaşayan Anadolu abdallarından Abdal Mehmed, Abdal Murad, bəktaşi ənənəsində önəmli yeri olmus Osmanli arxivində abdallar və Səfəvilər haqqında çoxlu məlumatlar var.
Kembric universitetinin professoru L.Lokhart 1958-ci ildə nəşr etdirdiyi “Səfəvi sülaləsinin tənəzzülü və İranın Əfqanlar tərəfindən işğalı” adlı monoqrafiyasında bu hadisələrdən geniş bəhs etmiş və abdalları...”çox comərd və hərbsevər adamlar” kimi xarakterizə etmişdir. O, həmçinin qeyd edirdi ki, Səfəvi dövlətinin şərqində”... ən güclü tayfalar gilzaylar (qərzayilər) və abdallar idi. Birincilər Qəndəhar ətrafı ərazilərdə, sonuncular isə Herat vilayətində yaşayırdılar.

Bizim yaralı yerimizdən biri, bədnam qonşularımızın bizim tariximizi, alban abidələrimizi özününküləşdirməyə çalışsalar bizim tarixi mənbələr bunu sübut edir ki, albanlar, abdallar türkdili olublar. Həmin VII əsrdə İbnsuba İberiyanın həm də ərməni knyazı olub. O  Mehranilər sülaləsindən olub. Kilsələrin hamısında o dövrdə yazılar var. İndi bu günkü gündə ermənilərin qədim erməni əlifbası adlandırdığı əlifbası kimi,  saxtakarlıqla özününküləşdirərək Qrabar deyirlər. Amma əslində Sasanilər dövrünün fars dilində əlifbasıdır. Qriqori bütün bu ərazilərdə alban məktəbləri açır. Özü də o məktəblər üçün qrammatika kitabı hazırlayır. Türk dilində o kitablar bugünkü günümüzə qədər gəlib çatıb. Alban türkcəsində yazılmış kitabdır.


Atilla Qafqaza gələndə ona İncili veriblər ki, oxusun. Üç gün oxuyub, dördüncü gün deyib ki, çox gözəl kitabdır, ancaq bircə yanlışlıq var. Burda yazılıb ki, İsa Allahın oğludur. Ora yazın ki, İsa Tenri xanın oğludur. Yəni ki, İsa türkün Allahının oğludur. Görürsən, türk xristianlığı nə cür dərk eləyib. Mən “Atilla varisləri yurdunun açılmayan sirrləri” adlı yazımda abdallar, hunlar barəsində faktlarla, tarixi sənədlərlə məlumatlar vermişəm. Bizim gənc tarixçimiz Elmar Həsənov da bu yazıdan sonra mənə xeyli məlumatlar verdi, fikirlərini bildirdi. Onun verdiyi məlumatlar da çox dəyərli faktlardan ibarətdir. Mənim əziz müəllimin Boran Əzizin abdallar barədə çox maraqlı faktlarını sizə göstərirəm:
- “Bir kəndin nağılı” və Abdallar haqqında daha bir neçə söz.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi