Modern.az

Bu günədək 23129 abituriyent ixtisas seçib

Bu günədək 23129 abituriyent ixtisas seçib

Ölkə

30 İyul 2010, 12:53

2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər 2010-cu il iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə ixtisas seçimi aparırlar.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər. Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsının mətbuat katibi Elnur Nağızadə bildirib ki, 30 iyul saat 10:00-dək həmin abituriyentlərdən 23129  nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.

E.Nağızadə deyib ki, qəbul imtahanlarının nəticələrinin avqustun 5-də açıqlanacağı gözlənilir. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI