Modern.az

Region gəncləri bələdiyyə seçkiləri seçkilərilə bağlı maarifləndirilib

Region gəncləri bələdiyyə seçkiləri seçkilərilə bağlı  maarifləndirilib

21 İyul 2014, 10:18

21 iyul 2014- il  tarixində Şirvan  şəhərində, “Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək ” Xeyriyyə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə  “ 2014-cü il bələdiyyə seçkiləri seçkiləri ilə bağlı  region gənclərinin ictimai fəallığının artırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi”  layihəsi çərçivəsində  seminar  təşkil edib.
Tədbirdə vəkillər, müşahidəçilər, imza toplayanlar, dairə və məntəqə seçki komissiyalarının üzvləri, siyasi partiyaların, seçkidə iştirak edən QHT-lər və KİV nümayəndələri,  hüquq-mühafizə orqanlarının əməkdaşları, icra strukturlarında çalışan məmurlar, ilk dəfə səs verən gənclər, latın əlifbası ilə yazıb-oxumağı bacarmayan ahıllar iştirak ediblər.
 Layihə ilk növbədə gənclər, xüsusi ilə də seçki hüququ qazanmış gənclərə yönəlmiş bir fəaliyyəti nəzərdə tutur. Tədbirdə cıxış edən natiqlər ərazilərdə maksimum dərcədə gənclər arasında seçki prosesinə qatılmaq, daha da fəal olmaq üçün ciddi fəaliiyyət keçməsini vacib hesab ediblər.
Layihə çərçivəsində görüləcək tədbirlər nəticəsində, vətəndaşların şüuruna təsir edə biləcəyinə cəmiyyət və dövlət  faydası haqda müzakirələr aparılıb.



Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB