15 avqust 2014- il tarixində Sumqayıt şəhərində, “Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək ” Xeyriyyə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “ 2014-cü il bələdiyyə seçkiləri seçkiləri ilə bağlı region gənclərinin ictimai fəallığının artırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində seminar təşkil edib. Tədbirdə gənclərin qarşıdan gələn seçkilərdə fəallığının artırılması üçün təşviqat kampaniyasının aparılması və xüsusi tədbirlərin həyata keçirilməsindən danışılıb. Çıxışcılar seçki hüquqi əldə etmiş və ilk dəfə seçkilərdə iştirak edəcək gənclərlə bağlı da proqramların hazırlanması və bu istiqamətdə işlərdən danışıblar . Xüsusilə bu istiqamətədə regionlarda fəaliyyət göstərən TV-lərin daha çox iştiarkına nail, olmaq, hazırlanmış sosial çarxlar vasitəsi ilə gənclərin diqqətini prosesə cəlb edilməsi vacıbliyi vurğulanıb. Tədbirdə seçki hüququ üzrə mütəxəssislər, təcrübəli seçki müşahidəçiləri, beynəlxalq səviyyəli ekspertlər iştirak ediblər.