Modern.az

Turistlər Azərbaycanın daha çox hansı bölgələrinə gedirlər?

Turistlər Azərbaycanın daha çox hansı bölgələrinə gedirlər?

30 İyul 2010, 13:22

İyunun əvvəlindən Azərbaycanda yeni yay turizm mövsümü başlayıb. Bu il xaricdən ölkəmizə ötən illərlə müqayisədə daha çox turistin gəlişi gözlənilir. Bəs turistlər daha çox Azərbaycanın hansı bölgələrinə getməyə üstünlük verirlər?

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov Modern.az-a turistlərin ən çox üz tutduqları rayonların adlarını açıqlayıb: “Həmişə olduğu kimi bu il də mövsümlə əlaqədar Quba-Xaçmaz, Şəki-Zaqatala, Nabran, Qax  bölglərinə daha çox turist axını var. Dünyanın hər yerindən demək olar ki, turistlər gəlir. Təbii ki, gələn turistlər arasında MDB ölkələrindən olanlar daha böyük faiz təşkil edir. Eyni zanmanda Türkiyədən, İrandan, Avropa ölkələrindən də turistlər gəlir”.

İ.Hümbətov bildirib ki, mövsüm başa çatmadığından turistlərlə bağlı dəqiq statistika yoxdur. “Dəqiq statistika  mövsumun sonunda açıqlanacaq”. Xumar Bayramqızı

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI