Modern.az

2015-ci ilin büdcə XƏRCLƏRİ və GƏLİRLƏRİ açıqlandı - Hara nə qədər pul xərclənəcək? - SİYAHI

2015-ci ilin büdcə XƏRCLƏRİ və GƏLİRLƏRİ açıqlandı - Hara nə qədər pul xərclənəcək? - SİYAHI

Ölkə

13 Oktyabr 2014, 19:31


Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsində neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə, manatın məzənnəsi isə 0,784 manat olmaqla hesablanıb. Bu barədə Modern.az saytına Maliyyə Nazirliyindən  2015-ci ilin dövlət büdcəsinə dair verilən açıqlamada bildirilib.

Nazirlikdən verilən məlumata görə, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılıb.  Gələn ilin büdcə kəsiri -1662 milyon manat proqnozlaşdırılıb.

Qeyd edilib ki, gələn ilin büdcəsində gəlirlər 2014-cü ilin proqnozu ilə müqayisədə 5,7 faiz, xərclər isə 5,2 faiz çoxdur.

Proqnozlara görə, 2015-ci ildə dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmalar 65,3 faiz, qeyri-neft sektoru üzrə daxilolmalar isə 34,7 faiz təşkil edəcək.

Modern.az saytı 2015-ci ilin büdcə xərclərini əks etdirən göstəriciləri təqdim edir. Beləliklə gələn il hara nə qədər pul xərclənəcəyini artıq bilmək olar:


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi