Modern.az

Yeni informasiya saytı açılır

Yeni informasiya saytı açılır

Qarabağ

30 İyul 2010, 18:15

Avqust  ayının ilk həftəsindən etibarən yeni veb-sayt fəaliyyətə başlayır. Bakı Jurnalistika Məktəbinə (BJM) məxsus “var.az” saytının əsas məqsədi oxucuları gündəlik, dolğun informasiya ilə təmin etmək, əhalinin bütün təbəqəsindən olan insanların problemlərini qabartmaqdır. Saytın əsas hədəf auditoriyası mass-media, tələbə gənclərdir. Saytda ziyalıdan tutmuş evdar xanıma, uşaqlara qədər hər kəs üçün məlumatlar yer alacaq. Bundan başqa, univeristetlərin jurnalistika fakültələrinin tələbələri üçün dərs vəsaitlərinin elektron versiyası, eləcə də jurnalistlərin yararlanması üçün bütün dövlət müəssisələrinin koordinatları saytda yer alacaq.

Hələlik bir dildə fəaliyyətə başlayacaq “var.az”ın müəyyən müddətdən sonra ingilis dilində də yayımlanmağı nəzərdə tutur.  Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama