Modern.az

Abid Şərifov “Sovetski”dən danışdı: “Hətta sənədsiz evlərin sakinlərinə də təzminat ödənilib”

Abid Şərifov “Sovetski”dən danışdı: “Hətta sənədsiz evlərin sakinlərinə də təzminat ödənilib”

İqtisadiyyat

16 Oktyabr 2014, 13:38


““Sovetski”də heç kimin evi zorla sökülmür, bu barədə söhbət ola bilməz”. Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov deyib. Onun sözlərinə görə, “Sovetski” sakinlərindən kim istəyirsə, qalıb orada yaşa bilər.

Baş nazirin müavini vurğulayıb ki, sakinlərə verilən 1500 manat kompensasiya az pul deyil: “Bakıda evlərin qiymətləri ilə maraqlana bilərsiniz. “Mən 15 kvadrat metr ərazidə yaşayıram, onu satsam gedib özümə başqa yerdən ev ala bilməyəcəm” məsələsi başqa sualdır. Bu barədə düşünürük. Yəqin ki, bu məsələ həll olunacaq, amma buna vaxt lazımdır. Hazırda “Sovetski”dən kim istəyir gedir, kim istəyir qalır. Onlar bütün kommunikasiya xətləri ilə təmin olunur. Heç kim evindən zorla çıxarılmır”.

“Bakıda olan sənədsiz evlərlə bağlı məsələyə gəlincə isə, –  A. Şərifov qeyd edib, –  sənədsiz evlər sökülmür. İstər şəhərdən kənarda, istər şəhərin mərkəzində yollar çəkilir. Kim deyə bilər ki, bir nəfər Azərbaycan vətəndaşının sənədsiz evi sökülüb vəsait ödənilməyib. Bu ola bilməz. 3-cü mikrorayonda evlərin 90 faizinin sənədi yoxdur, orada tunellərin, körpülərin tikintisi ilə bağlı 100-dən çox ev söküldü. Heç birinin sənədi yox idi, amma sakinlərin hamısına kompensasiya ödənilib”.

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...