Modern.az

Yas mərasimlərindəki qadağalar varlılara da tətbiq olunurmu?

Yas mərasimlərindəki qadağalar varlılara da tətbiq olunurmu?

İqtisadiyyat

17 Oktyabr 2014, 11:05


Qafqaz Müsəlmanları İdarəsinin yas mərasimlərindəki israfçılıqla bağlı verdiyi tövsiyələrdən sonra Azərbaycan mediasında da bu haqda çox yazıldı, müxtəlif təbəqələrin insanları fərqli fikirlər səsləndirdi. Kiminə görə bu şəxsi, kimə görə isə ümummilli problemə çevrildi. QMİ-nin tövsiyə xarakterli açıqlamaları xüsusilə rayon və kəndlərdə keçirilən yas mərasimlərində polisin, icra hakimiyyətləri və bələdiyyə nümayəndələrinin özbaşınalıqlarına rəvac verdi.

İsrafçılığın qarşısının alınması böyük əksəriyyət tərəfindən razılıqla qarşılansa da, bunun zor tətbiq etməklə reallaşdırılması heç də ürəkaçan olmadı. Xüsusilə bu qadağaların paytaxdan kənarda tətbiqi narazılıq doğuran məqamlardandır. Həmçinin, mərasimi idarə edəcək mollaların belə, hüzrdə iştirakdan imtina etməsi də narazılıq doğuran məqamların başında gəlir. Məlum olduğu kimi, qadağalarda mollalar da əsəs hədəf mərkəzi seçildi. “Yemək-içməçkli” yas mərasimində iştirak edən mollalar 2 min manata qədər cərimə kəsiləcəyi ilə hədələndi.

Hazırda xüsusilə kəndlərdə təşkil edilən yas mərasimlərində bir çox təamların verildiyindən xəbər tutan “işbazlar” insanların yasını sözün əsl mənasında “yas”a çevirirlər. Modern.az əməkdaşı bu yaxınlarda Lənkəranda yaxın qohumunun öz atası üçün verdiyi yas mərasimində kəsilən cöngənin “icraçılar” tərəfindən aparıldığının şahidi olub. Ölü yiyisə isə ölüsünü unudub, baş ven rüsvayçı vəziyyətə üzülməyə başlayıb.

Hətta yaranan qarışıqlıqda bir çox kənd sakinləri yasda qadağan olunan ətin hərbi hissələrə aparıldığını da iddia edib. Lakin Müdafiə Nazirliyinin mətbuat xidməti öz növbəsində bu məlumatı qətiyyətlə rədd edərək “Azərbaycan hərbi hissələrinin kənardan gələn əlavə qidalara ehtiyacı yoxdur”, - deyə bildirib.

Reallıq bundan ibarədir ki, bütün bunlara baxmayaraq, hələ də bir nəticə yoxdur, baş verənlərdən əziyyət çəkənlər yenə də aşağı təbəqə insanlarıdır. Maraqlıdır,  hansısa imkanlı şəxslərdən, məmurlardan kimsə, yaxınlarda keçirilən yas mərasimlərində bu “qadağalar”la qarşılaşıbmı?!

Yəqin ki, yox. Əksini iddia edənlər buyursun...

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...