Modern.az

Oqtay Əsədov Rövşən Rzayevə: "Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyətini aktivləşdirin"

Oqtay Əsədov Rövşən Rzayevə: "Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyətini aktivləşdirin"

17 Oktyabr 2014, 12:43



“Mən bizim deputatların Avropa Parlamentinin Dağlıq Qarabağdakı separatçı rejimlə isti münasibətlərindən doğan narahatlığını başa düşürəm. Biz, əslində Azərbaycana qarşı beynəlxalq təşkilatların qərəzli mövqeyinə artıq öyrəşmişik. Lakin rəsmi təsdiqini tapmayan məsələləri müzakirə etmək lazım deyil”.

Modern. az saytı xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov deyib. O bildirib ki, Avropa Parlamentinin Dağlıq Qarabağdakı separatçı rejimlə “dostluq qrupu” yaratması yalnız erməni saytlarında iddia olunur.

Spiker Milli Məclisin deputatı, Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Rövşən Rzayevin beynəlxalq təşkilatlarda fəaliyyətini təqdir edərək bildirib ki, parlament bunun üçün bütün imkanları yaradır: "Məsələ bununla bitmir, Rövşən Rzayev, Siz İcmanın fəaliyyətini aktivləşdirin. Avropa təsisatlarında bununla bağlı heç bir informasiya yoxdur".

Oqtay Əsədov Dağlıq Qarabağın Azərbaycanlı İcmasını da aktiv olmağa çağırıb: “İcma bu məsələlərdə aktiv olmalıdır. Aktiv fəaliyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı şəkildə dünya ictimaiyyətinə lazımı məlumatlar verməlidir”.

Aqşin KƏRİMOV

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama