“Milli Məclis dədri Oqtay Əsədovun fikirlərinə dəstək verirəm. Hesab edirəm ki, yerində deyilmiş bir fikirdir”. Bunu Modern.az-a açıqlamasında “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
“Bizim öz iş planımız var, buna uyğun olaraq da fəaliyyət göstəririk. Dağlıq Qarabağın Azərbaycanlı İcması öz işini günbəgün aktivləşdirir”.
Qeyd edək ki, Milli Məclisin bugünki iclasında spiker Oqtay Əsədov “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinə öz fəaliyyətini daha da aktivləşdirməsini tövsiyə edib.
Gülşən RAUFQIZI