Statistik məlumata görə 1980-ci ildə Əfqanıstan əhalisinin sayı 16 milyondan artıq olubs, 2005-ci ildə bu rəqəm 12 milyona enib. 25 il ərzində bir ölkənin əhilisinin 4 milyon azalmasını yalınz faciə kimi qiymətləndirmək olar.
Hər gün, hər saat Əfqanıstanda qan axıdılır. Amma taleyinə yalınz müharibələr yazılan, həyatı qumara qoyulan bu ölkənin vətəndaşları heç bir qüvvəyə boyun əymirlər. Onlar torpaqlarından başqa dünyanın bütün naz-nemətlərindən - hər şeydən imtina ediblər. Əslində isə dünyanın ən böyük nemətini qoruyurlar. Uşaqdan böyüyədək bu amal uğrunda mübarizə aparır, XXI yüzilliyin əvvəllərində elmdən, təhsildən, səhiyyədən, inteqrasiyadan uzaq, müharibə həyatı sürürlər. Görünür elə bu səbədəndir ki, əfqanlar tez böyüyür, tez də qocalırlar. On yaşlı əfqan döyüş meydanında böyük qəhərəmanlıq göstərir, 30 yaşlı əfqan isə 60-70 yaşlı qocaya bənzəyir.
Keçmiş sovet ordusu sıralarında əfqanlara qarşı üç ildən artıq döyüşmüş, ancaq içində onlara böyük sayğı və bir də böyük sevgi yaşadan Zakir Sadatlı əfqanlarla bağlı araşdırlmalarından danışır:
Dünyada baş verən hər hansı tarixi proses səbəbsiz olmur. Əfqanıstanda baş verənlərin ciddi səbəbləri var. Orada baş verən hədisələrdən baş çıxarmaq üçün bu ölkənin tarxini bilmək lazımdır.
Əfqanıstan-müharibələr ölkəsi
Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı adlarla tanınan Əfqanıstan Asiyanın ürəyi kimi tanınır. Müharibələr, qardaş qırğınları, səfalət, ölkədə gedən ictimai, siyasi və hərbi proseslər və s. bu millətin alın yazısıdır. Tarixən bu diyar müharibələr ölkəsi adlanıb. Bu da təsadüfü deyil. Nədənsə həm yaxın, həm də uzaq qonşuları Əfqanıstan üçün daim təhlükə mənbəyi olublar. Onu da nəzərinzə çatdırım ki, dünyada əfqan adlı xalq yoxdur. Sadəcə ölkələrinin adına orada yaşayanlar əfqan adlandırılır. Puştular, darilər, qaraqalpaqlar, taciklər, türkmənlər, özbəklər, nuristanlılar, xəzərlər, azərbayanlılar oradakı milli palitranı müəyyənləşdirir. Heç vaxt bu millət məğlub olmayıb. Yalnız 1740-cı illərdə Nadir şah Əfqanıstanı fəth edib. Maraqlıdır ki, o zaman cəsur əfqanlar Nadir şahın ordusunda xidmət etməyə razılıq verib və onun ən yaxın silahdaşlarına çevriliblər. Onlar həm də Nadir şahdan dövlətçiilk təcrübəsi öyrəniblər. Əfqanıstan dövlətini quran Əhəd şah Dürrani Nadir şahın 10 sərkərdəsindən biri olub. Qeyd edim ki, Dürrani Nadir şahın ölümündən sonra onun ailəsinin təhlükəsizliyini təmin edib və brilliant üzüyünü qoruyub. Bu günün özündə də Əfqanıstanda Nadir şahın adını daşıyan yer adları var. Yeri gəlmişkən, orada Azərbaycan mənşəli lal və şəffaf toponimlər mövcuddur. Bu isə xalqlarımız arasında tarixi bağlılıqdan xəbər verir. Bu gün də orada Qarabağla bağlı yaşayış massivləri mövcuddur. Tarixi məlumatlara görə onlar Qarabağdan gedənlərdir. Əfqanıstanda olarkən həmin yerlərdə olmuşam. Onların ləhcəsi bugünkü qarabağlının ləhcəsindən heç nə ilə fərqlənmir.
Daxili çəkişmələrdə sovet barmağı
Əfqanıstanın tarixində gərgin dövr XIX əsrə təsadüf edir. Həmin vaxtlar ingilislər iki dəfə bu əraziyə soxulmaq istəsələr də, məğlub olaraq geri çəkilməli olublar.
Ötən əsrin 20-ci illərindən etibarən Əfqanıstanın Sovet imperiyası ilə geniş əlaqələri olub. Buna baxmayaraq bütün dönəmlərdə bu ölkə neytrallıq nümayiş etdirib. II Dünya Savaşında sovetlər ölkəsinin xahişinə baxmayaraq bu dövlət müharibəyə qoşulmayıb. Əfqanıstanı indiki vəziyyətə gətirib çıxaran səbəbin bir ucu ötən əsrin 60-cı illərini sonuna gedib çıxır. Moskvanın himayədarlığı ilə 1965-ci ildə Əfqanıstanda Əfqanıstan Xalq Demokratik Partiyası (ƏXDP) yaradılır. Nur Məhəmməd Təraki partiyanın sədri, Babrak Karməl isə katibi olur. Qısa müddətdən sonra partiyanın ətrafına adamlar toplaşmağa başlayır. Həfizullah Əmin adlı Amerikada təhsil almış bir əfqanıstanlı qiyabi şəkildə partiyaya daxil olur. Sonradan fikir müxtəlifliyi təşkilatda fraksiyaların yaranmasına gətirir. 1973-cü ildə ölkənin qanunu rəhbəri Zahir şah əmisioğlu Davud tərəfindən hakimiyyətdən uzaqlaşdırılır. Bundan sonra ölkədə prezidentlik üsul-idarəsi yaradılır və baş verənləri ƏXDP də dəstəkləyir. Davud sonralar hərbi yardım məqsədilə Moskvaya müraciət edir. 1975-ci ildə isə Moskvada rəsmi səfərdə olur, Brejnev ilə görüşür. Brejnev təklif edir ki, Davud ölkəsindəki bütün diplomatik korpusların nümayəndələrini qovsun. Bundan sonra Davud vətənə qaydır və digər yollar, əməkdaşlıq etmək üçün ölkələr axtarır. Nəhayət, 1978-ci ilin aprelində Moskvanın yaratdığı ƏXDP-nin dəstəyi ilə ölkədə çaxnaşma baş verir. Bu zaman Davud bütün ƏXDP üzvlərinin həbs edilməsini əmr edir. Yalnız Əmin ev dustağı edilir. Bunun ardınca dövlət çevrilişi olur və Davud öldürülür, ƏXDP hakimiyyətə gəlir. Təraki hakimiyyəti dövründə isə saray ziddiyyətləri güclənir. O zaman Babrək Karməl ölkədən mədəni sürgünə, Çexoslvakiyaya səfir göndərilir.
Hakimiyyəti əldə saxlamağın çətin olduğunu görən Təraki Moskvaya müraciət edir və hərbi qüvvə istəyir. Ancaq müsbət cavab ala bilmir. Ölkədəki vəziyyətin ağır olduğunu görən Təraki yenidən Moskvaya müraciət edir. Yenə də razılıq almır. Ancaq Moskva Türküstan hərbi dairəsinə tapşırıq verir ki, müsləman batalyonu yaradılsın. Bu iş Kalaşnikov soyadlı bir polkovnikə tapşırılır. Sonradan bu batalyondan Əfqanıstanda ara qarışdarmaq üçün istifadə edilir.
Bunun üstündən bir müddət keçdikdən sonra Təraki xarici səfərə çıxır və bu zaman Əminin tapşırığı ilə hakimiyyət çevrilişi hazırlanır. Məsələdən xəbər tutan Təraki təcili ölkəyə qaydır. 1979-cu ilin əvvəllərində o öldürülür. Hakimiyyətə Əmin gəlir. 1979-cü ilin dekabrın 25-də Sovet qoşunları Əfqanıstana daxil olur və 1989-cu ilin fevralın 9-a qədər müharibə aparır.
ABŞ qoşunları Əfqanıstandan suyu süzülə-süzülə çıxacaq
Sovet qoşunları Əfqanıstana xahişlə girmişdi, Amerika isə xahişlə gəlməyib. Buna baxmayaraq hər iki gəliş müdaxilədir. Sovet ittifaqı bu işi təkbaşına yerinə yetirirdi. Amerika isə bundan fərqli olaraq məsələnin məsuliyyətini dünya ölkələri ilə bölüşür. Ona görə də Əfqanıstanda baş verən hadisələri beynəlxalq irticanın əməli kimi qəimətləndirmək lazımdır. Bu proses nə qədər uzanır uzansın, sonda Amerika qoşunları Sovet qoşunları kimi bu ölkədən çıxmağa məcbur olacaq. Bu müharibənin mənasızlığını ABŞ tez-gec anlayacaq.
Bəşəriyyət yavaş-yavaş ağlını itirir O xalqın təbiətində qəribə bir döyüşkənlik var. Kənar dövlətlər nə qədər Əfqanıstanı dinc buraxmayıblar, bu ölkədə skitçilik olmayacaq. Burada ayrı-ayrı qurumlar arasında həll olunası problemlər var. Bunlar aradan qalxmayınca, Əfqanıstanda daim çaxnaşma olacaq. Əgər bu ölkədə sabitlık istəyirlərsə, onu sakit, özbaşına buraxmalıdırlar. Hər bir tərəf öz sərhədləri daxilinə çəkilməlidir. Açığı, mən bu fikrə düşmək istəməzdim, ancaq gerçəklik odur ki, bəşəriyyət yavaş-yavaş ağlını itirir. Çünki Şərqdə baş verən qanlı hadisələrdə müəyyən qədər din amili də var və bu, açıqca sezilir. Beynəlxalq ictimaiyyət bu məsələnin qabağını almalıdır. Əfqanıstanda yaşayanlar terrorçu deyil, onları buna vadar edənlər var. Onlar azadlığı çox sevirlər. ABŞ Rusiyanı çökdürmək üçün bu addımları atır Ötən əsrin 80-ci illərində Sovet hökuməti Əfqanıstana necə nəzarət edirdisə, bu gün Amerika da elə nəzarət edir, yəni nəzarət edə bilmir. Bu ölkənin 3 hissəsi dağlıq ərazidir. Ona görə də onlarla vuruşmaq mümkün deyil. Bir əfqanın belə amerikalılara boyun əyməsi ağlagəlməz məsələdir. Özüm şahidəm, 7-8 əfqan bir sovet dviziyasına qarşı vuruşurdu. Bu, o xalqın ruhundan gəlir. Bu xalq hər şeydən imtina edir, təkcə torpağından başqa. Bu gün Əfqanıstanda partizan müharibəsi gedir. Hər halda ABŞ Rusiyanı diz çökdürmək istəyir. Bütün proseslər buna hesablanıb.Modern.az