Modern.az

Köhnə Bakının bu gün də “sağ” FOTOLARI

Köhnə Bakının bu gün də “sağ”  FOTOLARI

18 Oktyabr 2014, 15:00

Sizə köhnə Bakı nastalgiyasını yaşadacaq şəkillər bu gün də şəhərimizdə göz önündədir.  Amma tarixə,  uzaq 1910-20 illərə məhz o tikililərin gözü ilə nəzər salmaq həqiqətən də maraqlı olar. Beləliklə, Modern.az  köhnə Bakının dünən köhnə,  bu gün isə müasir tikililəri ni təqdim edir:

   

Birinci  foto. 1920-30-cu illər.  Abdulla Şaiq adına Kukla teatrının binası. Ploşonkonun tikdiyi bina Bakıda ictimai yerdə ventilyasiya sisteminin tətbiq olunduğu ilk tikili olub. Bina 1980-ci ildə teatra verilib:    


2. 1905-ci il.  Bakı Şəhər İcra Hakmiyyətinin binası. Memarı milliyətcə polyak olan İ.V.Qoslavski binanın inşasında barokko motivlərindən istifadə edib:    


3. 1910-cu il. Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasının binası. O zaman və sonradan Əzim Əzimzadə adına rəssamlıq məktəbi adlanırdı:        


4. 1910-20-ci illər. Nizami adına ədəbiyyat muzayinin binası. Bina 1860-cı ildə Məşədi Qasım bəy Hacıbababəyovun layihəsi əsasında qotik üslubunda tikilib. 1914-15-ci illərdə memar A.A.Nikitin binanın layihəsində bir sıra dəyişikliklər etdikdən sonra burada “Metropol” oteli fəaliyyət göstərib.      

Qeyd: Yazıda Feysbukun Qədim Bakı fotoları səhifəsinin materiallarından istifadə olunub  

Hazırladı: Elmin Nuri

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI