Azərbaycanlı K-1 ustası Zabit Səmədovun növbəti döyüşü İrandan olan rəqibi Cəfər Əhmədi ilə olub. Modern.az saytı xəbər verir ki, döyüş “Global Fighting Championship” turniri çərçivəsində baş tutub. Oktyabrın 16-da keçən döyüşdə həmyerlimiz iranlı rəqibini məğlub edib.
Qeyd edək ki, Zabit Səmədov “Mauqli” ləqəbi ilə də tanınır.