“Mediaforum” saytı hazırda fəaliyyətini davam etdirir və onun maliyyə ilə bağlı heç bir problemi yoxdur”. Bunu Modern.az-a açıqlamasında “Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli deyib. O, həmçinin xaricdən qrant ayırlması məsələsinin sayta aidiyyatı olmadığını da vurğulayıb:
“Bu məsələlər “Mediaforum” saytının təsisçisi “İnternyus Azərbaycan” şirkəti ilə əlaqədardır. Ona görə də mən bu məsələlərə cavab verə bilmərəm. İctimai birlik kimi “İnternyus”un hansısa məsələləri ola bilər, amma saytımız fəaliyyətini davam etdirir və maliyyə çətinliyimiz də yoxdur”.
Qeyd edək ki, bir müddət əvvəl “Mediaforum” saytı fəaliyyətini dayandırması ilə bağlı məsələ gündəmə gəlmişdi. Lakin daha sonra sayt fəaliyyətini yenidən bərpa etmişdi. Saytın fəaliyyətini dayandırmasına səbəb isə yeganə gəlir mənbəyi olan “İREX Azərbaycan” (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) qeyri-hökümət təşkilatının bank hesabına həbs qoyulması idi.
Rüfanə GÜNƏŞ