Modern.az

Azay Quliyev: "Bir maliyyə ilində hər QHT yalnız bir dəfə yardım ala bilər"

Azay Quliyev: "Bir maliyyə ilində hər QHT yalnız bir dəfə yardım ala bilər"

Qarabağ

2 Avqust 2010, 14:32

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev QHT-lər üçün elan edilən növbəti maliyyə yardımı müsabiqəsinə sənəd qəbulunun yekunlarından danışıb. QHT-lərə Dövlət Dəstəyi Şurasından Modern.az-a verilən məlumatda bildirlib ki, A.Quliyev budəfəki müsabiqəyə 10 istiqamət üzrə 210 layihə təklifi daxil olduğunu deyib. Onun sözlərinə görə, son illər Şuraya təqdim edilən layihələrin sayı artmağa başlayıb.

Əgər 2008-ci ildə Şuraya QHT-lərdən 361, 2009-cu ildə isə 569 layihə daxil olmuşdusa, 2010-cu ilin ilk yarısında bu rəqəm artıq 827-dir.
A.Quliyev deyib ki, bu dəfəki müsabiqənin fondu biq qədər az - 175 min manat olduğundan layihələrin rəqabət də böyük olacaq. Ən yaxşı halda 10 layihədən birinin maliyyələşmək imkanı var.
Şura sədri deyib ki, hazırda layihələr ilk növbədə qurumun katibliyi tərəfindən araşdırılır və ilkin seleksiya işləri aparılır. Təqdim olunan sənədlərin müsabiqənin şərtlərinə uyğunluğu, yəni ərizənin və ona əlavə olunan sənədlərin Şuranın təlimatlarına uyğunluğu, ərizəyə əlavə olunması tələb edilən sənədlərin mövcudluğu, həmçinin büdcənin müsabiqə mövzusu üzrə 1 layihə üçün müəyyən edilmiş maksimum məbləğdən çox olub-olmaması kimi məsələlər araşdırılır və bütün bu tələblərə cavab verən layihələr növbəti mərhələyə - ekspertizaya təqdim olunur.
A.Quliyev onu da vurğulayıb ki, qaydalara əsasən maliyyə ili ərzində hər QHT yalnız bir dəfə Şuradan yardım ala bilər. Yəni 2010-cu ildə keçirilən əvvəlki müsabiqələrdə  Şuradan yardım  alan QHT-lər bu müsabiqə çərçivəsində maliyyə ala bilməzlər.

A.Quliyev deyib ki, əsaslandırılmış, ictimai aktuallıq kəsb edən layihələr diqqətdən kənarda qalmayacaq.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama