Modern.az

Vəhşilik: Dilənmək üçün dəvənin ayağını kəsirlər - FOTO

Vəhşilik: Dilənmək üçün dəvənin ayağını kəsirlər - FOTO

20 Oktyabr 2014, 21:38


Çində dilənçilər ağlasığmaz bir üsulla insanlardan pul toplayır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlcə dəvələrin ayaqlarını kəsib, sonra onlardan dilənmək üçün istifadə edirlər.

Qeyri-insani üsulla pul yığan dilənçilərə qarşı ölkə rəsmiləri həyəcan təbili çalıb. Çinli dilənçilər ayaqlarını kəsdikləri və qanlar içində yerə uzanan dəvələri istifadə edərək insanlardan pul toplayır. Dəvələrin ayaqlarından yaralandığını, müalicəsi üçün pula ehtiyacları olduğunu deyən dilənçilər dəvələrin qarşısında diz çökən halda dayanaraq, insanlardan yardım dilənirlər.

Ölkədə bu dəhşətli görüntülərin getdikcə artması səbəbindən hərəkətə keçən şəxslər xalqı ajiotaj edərək pul toplayan bu adamlara xəbərdarlıq ediblər.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi