Modern.az

Azərbaycanda sentyabrdan qiymətlər qalxıb

Azərbaycanda sentyabrdan qiymətlər qalxıb

İqtisadiyyat

21 Oktyabr 2014, 06:42

Bu ilin sentyabrında avqust ayı ilə müqayisədə istehlak mallarının qiymətləri qalxıb.

Mallarının qiymətləri və xidmət tarifləri 1,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, xidmət tarifləri 0,1 faiz bahalaşıb.


Dövlət Statistik Komitəsindən AzərTAc-a verilən məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri avqust ayının səviyyəsində qalıb.


Keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymət və tariflər doqquz ay ərzində 1,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,6 faiz, xidmət tarifləri 0,4 faiz bahalaşıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...