
Bu gün Çempionlar Liqasının qrup mərhələsində üçüncü turun oyunlarına start veriləcək.
Modern.az xəbər verir ki, E qrupunda Moskvanın OMİK komandası öz meydanında “Mançester Siti” (İngiltərə), “Roma” (İtaliya) isə - Almaniyanın “Bavariya” klubu ilə qarşılaşacaq. F qrupunda APOEL (Kipr) Fransanın PSJ, “Barselona” isə öz meydanında Hollandiyanın “Ayaks” komandasını (Almaniya) qəbul edəcək. G qrupunda “Çelsi” ilə Sloveniyanın “Maribor”, “Şalke” (Almaniya) ilə Portuqaliya təmsilçisi “Sportinq” arasında oyun olacaq. H qrupundakı qarşılaşmalarda Belarusun BATE klubu öz meydanında “Şaxtyor” (Ukrayna, Donetsk), “Portu” isə “Atletik”i (Bilbao, İspaniya” sınağa çəkəcək.
Modern.az