Dünyada “Ebola” xəstəliyinə yoluxan 9216 nəfərdən 4555 nəfəri dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, bu statistikanı Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb. Dünyanı cənginə alan bu təhlükəli xəstəliyə Qvineyada yoluxan 1519 nəfərin 862-si, Liberiyada 4262 nəfərdən 2484-ü, Syerra Leonedə 3410 nəfərdən 1200-ü, Nigeriyada 20 nəfərdən 8-i, ABŞ-da 3, Seneqal və İspaniyanın hərəsində 1 nəfər ölüb. Məlumatda qeyd edilir ki, xəstəliyə yoluxanların arasında tibb işçiləri də var. Son məlumata görə, bu yoluxucu xəstəliyə tutulan 423 tibb işçisinin 239-u dünyasını dəyişib.
Modern.az