Modern.az

Azərbaycan hökuməti neftin 1 bareli üçün niyə 90 dollar müəyyənləşdirdi?

Azərbaycan hökuməti neftin 1 bareli üçün niyə 90 dollar müəyyənləşdirdi?

İqtisadiyyat

21 Oktyabr 2014, 16:58

“Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana ötüşməyəcək


Modern.az
saytı xəbər verir ki, Azərbaycan Respublikasının dövlət büdcəsində 2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə, manatın məzənnəsi isə 0,784 manat olaraq hesablanıb.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının iqtisadiyyatı üçün neftin qiymətinin dəyişməsi həssas məqamlardan biridir. Hazırda dünya bazarında neftin qiymətinin aşağı düşməsinə təsir edən amillərdən biri dünyanın ən böyük neft idxalçısı olan ABŞ-ın öz karbohidrogen hasilatını artması ( gündəlik 11, 5 mln. barrel) və ölkəyə cari ilin əvvəlindən başlayaraq neft idxalını azaltmasıdır. Qeyd edək ki, ABŞ ötən il təbii qaz idxalını dayandırıb və hazırda isə neft idxalını azaltmağa çalışır.

Bununla yanaşı, Avropa Birliyi ölkələrində iqtisadiyyatın zəif inkişafı bu məkanda da neftə olan təlabatın aşağı düşməsinə səbəb olub. Belə olan halda, enerji resuslarının ixracının artamasına yönələn istiqamət Şərqi Asiya ( Çin, Hindistan) ölkələridir ki, bu ölkələrdə də iqtisadi artım sürəti ötən dövr ərzində proqnoz göstəricilərdən aşağı düşməsinə təsir edən amillərdəndir.

Eyni zamanda, Yaxın Şərqdə və neftin hasilatı ilə məşğul olan bir sıra ölkələrdə geosiyasi stabilliyin olmaması ( Qəzza bölgəsi, “İŞİD”in fəaliyyəti, Liviyada baş verən münaqişələr, Suriyada davam edən müharibə və s.), habelə İrana tətbiq edilən sanksiyaların aradan qaldırılmaması neftin qiymətinin yüksək səviyyədə qalmasını şərtləndirir. Lakin bu proseslərin tədricən stabilləşməsi neftin qiymətinin aşağı düşməsinə təsir edir.

Şübhəsiz ki, dünyada qeyri-stabil geosiyasi proseslərin davam etməsi, bir sıra dövlətlərin qarşlılıqlı olaraq tətbiq etdikləri sanksiyalar dünyada iqtisadi inkişafın sürətinin zəyifləməsinə və dünya iqtisadiyyatına inteqrasiya olunmuş Azərbaycan dövlətinin xarici iqtisadi əlaqələrinə təsir göstərməyə bilməz.

Azərbaycan hökumətində hesab edirlər ki, Ukraynada gedən proseslər və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar MDB-nin üzvü olan ölkələrin iqtisadiyyatlarına, xüsusilə Rusiya ilə eyni ittifaqa daxil olan Belarus və Qazaxıstan iqtisadiyyatına mənfi təsir göstərir.
“Bu proseslər öz növbəsində MDB məkanına iqtisadi inteqrasiya olunmuş Azərbaycan dövlətinin idxal-ixrac əməliyyatlarına da təsirsiz ötüşməyəcək”-deyə Azərbaycan hökumətində düşünürlər.

Makroiqtisadi proqnozalara əsasən, 2015-ci ildə Azərbaycanda 26, 8 mlrd. ABŞ dolları həcmində nalların ixracı proqnozlaşdırılır ki, bunun da 2,7 mlrd. ABŞ dolları qeyri-neft sektorunun payına düşəcək.

Qeyri-neft sektoru üzrə ixracın həcmi 2104-cü ilin proqnozu ilə müqayisədə 0,5 mlrd. ABŞ dolları çox nəzərdə tutulur. İdxalın həcmi 11,1 mlrd. ABŞ dolları həcmində proqnozlaşdırılır ki, bunun da 9,5 mlrd. ABŞ dolları və ya 85,2 faizi qeyri-sektorunun payına düşür.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...