Millət vəkili, tanınmış jurnalist Elmira Axundova “Azərbaycan” qəzetinin bu gün keçirilən yubiley tədbirində bu mətbu nəşrin keçdiyi keşməkeşli yoldan danışarkən maraqlı əhvalat da xatırladıb.
“ Ümummilli lider Heydər Əliyevə qarşı hücumlar vardı, onun adını çəkmək belə, qadağan idi. Mən ondan müsahibə almışdım. Sabir Rüstəmxanlıya yaxınlaşdım ki, müsahibəni verək. Dedi ki, “yazıçı Bayram Bayramovun Heydər Əliyevə olan münasibətini bilirsən. Bunu necə dərc edək?”. Dedim ki, “Sabir axı sən jurnalistsən”. Dedi “mənə iki gün vaxt ver”. Sonra mənə dedi ki, “heç kimə demə, çap edəcəyəm”. 1 may 1991-ci ildə müsahibəni dərc etdik, o zaman Heydər Əliyev qardaşının Bakıdakı evində qalırdı. Ona da müsahibəni göstərdim. Çox təəccübləndi”.
E.Axundova deyir ki, o zamanki “Azərbaycan” kimi indi unikal qəzetə rast gəlmir:
“Qəzeti hər təbəqə oxuyurdu. Mən belə unikallığı sonra başqa qəzetdə görməmişəm. Sabir Rüstəmxanl iki şeyə görə milli tarixmizə yazılıb: “Ömür” kitabı və “Azərbaycan” qəzetinə görə”.
Rüfanə GÜNƏŞ