Modern.az

“Total”ın yeni prezidentinin adı məlum oldu

“Total”ın yeni prezidentinin adı məlum oldu

22 Oktyabr 2014, 16:03



Fransanın ən böyük neft-qaz şirkəti “Total” yeni baş direktorunun Patrik Puanne olacağını açıqlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bundan öncə şirkətin Direktorlar Şurasının üzvü və strateji məsələlər üzrə korporasiyanın vitse-prezidenti olan Puanne “Total Upstream” şirkətinin rəhbəri İv-Lui Darrikarrreri kürsü uğrunda mübarizədə məğlub edib.

Bundan öncə şirkətə rəhbərlik edən 63 yaşlı Kristof de Marjeri iki gün öncə Moskvanın “Vnukovo” hava limanında baş verən təyyarə qəzası zamanı həlak olub. 

Vüqar İsmayılov   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi