Modern.az

“Azadlıq” radiosunun Bakı bürosunun müxbiri Azərbaycandan gedib

“Azadlıq” radiosunun Bakı bürosunun müxbiri Azərbaycandan gedib

Media

23 Oktyabr 2014, 09:20

Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olan 4 nəfərlə bağlı sensasion məlumat əldə etmişik. Modern.az-a daxil olan bilgiyə görə, “Azadlıq” radiosunun Bakı bürosunun iki əməkdaşı – Abbas Atilay və Maarif Çingizoğlu işdən ayrılaraq, xaricə köçüblər.
Məlumata görə, Abbas Atilay İsveçrə, Maarif Çingizoğlu isə Almaniyada daim yaşayış üçün icazə alıb.
Əməkdaşımız məsələni dəqiqləşdirmək üçün “Azadlıq” radiosu ilə əlaqə saxlayıb.
Məlum olub ki, hər iki jurnalist bir müddət öncə “Azadlıq” radiosunun Bakı bürosundan işdən çıxmaq istədikləri barədə rəhbərliyə müraciət ediblər.

“Azadlıq” radiosundan eyni zamanda onların işdən çıxdıqları haqda xəbəri təsdiqləyiblər. “Azadlıq” radiosunun Bakı bürosundan Modern.az saytına verilən açıqlamada qeyd edilib ki, Abbas Atilay və Maarif Çingizoğlu işdən çıxsalar da, onların indi harada olduqları qurum rəhbərliyinə məlum deyil.

Daha iki araşdırmaçı jurnalistin Avropa ölkələrindən birində daim yaşamaları üçün icazə aldıqları barədə də məlumat əldə etmişik. Onlarla bağlı xəbəri dəqiqləşdirməyə çalışırıq.

Aqşin Kərimov 

 

P.S. Yazıda Abbas Atilay əvəzinə Abbas Əli adı keçdiyinə görə oxuculardan üzr istəyirik və bu, bir texniki səhv kimi dəyərləndirilməlidir.  Modern.az bu qüsuru aradan qaldırdı.  

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi