Ermənistan parlamentinin deputatları 2013-cü il üzrə öz gəlir və əmlakları barədə bəyannamə təqdim ediblər. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, gəlir bəyannamələrinə əsasən, 19 erməni deputatın dollar milyonçusu olduğu müəyyən olunub. Onlardan 9-nun iqtidardakı Respublika Partiyasından, 9-nun isə müxalifətdəki “Çiçəklənən Ermənistan” Partiyasından olduğu müəyyən olunub. Daha bir milyonçu deputat (Araik Qriqoruan) isə bitərəfdir.
Gəlir sənədlərinə əsasən, Ermənistan parlamentindəki ən zəngin partiya “Çiçəklənən Ermənistan” (163,6 milyon dollar), ən zəngin deputat isə həmin partiyanın sədri Qaqik Çarukyandır (134,2 milyon dollar).
Hakimiyyətdəki Respublika Partiyasından olan deputat Samvel Aleksanyan 2-ci (36,4 milyon dollar), onun fraksiya həmkarı isə Akop Akopyan 3-cüdür (8,5 milyon dollar).
2012-ci illə müqayisədə erməni deputatın ümumi gəlirləri 62,4 milyon dollar çoxalıb.
Vüqar İsmayılov