Modern.az

Orxan Əli: “Mən vəzifədən kənarlaşdırılmamışam, işdən çıxmaq haqda özüm ərizə yazdım”

Orxan Əli: “Mən vəzifədən kənarlaşdırılmamışam, işdən çıxmaq haqda özüm ərizə yazdım”

23 Oktyabr 2014, 13:12


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbrəi vəzifəsindən azad edilən jurnalist Orxan Əli bununla əlaqədar açıqlama verib. O.Əli Modern.az saytına bildirib:

“Bu gün mənim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsindən azad olunmağımla bağlı mətbuatda məlumat yayılıb. Lakin xəbərdə bir sıra yanlışlıqlar var ki, buna aydınlıq gətirmək istəyirəm. “Trend” İnormasiya agentliyinin yaydığı "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb" adlı xəbərdə deyildiyi kimi, "kənarlaşdırılma" deyil, öz ərizəmlə işdən azad olunmuşam.
Məsələ bundadır ki, Dövlət Komitəsində mətbuat katibi üçün ştat olmadığından mən rəsmi olaraq Şimal bölgəsi üzrə aparıcı məsləhətçi olmuşam və mətbuat katibi vəzifəsini icra etmişəm. Bir neçə gün öncə komitə rəhbərliyi tərəfindən mənə fəaliyyətimi Qubada (Şimal bölgəsi) davam etdirmək təklif olundu. Mövcud şəraitim buna imkan vermədiyi üçün öz ərizəmlə işdən azad olundum.
Xəbərdə olan digər yanlışlıq isə mənim "2012-ci ilin iyun ayından" bu vəzifədə çalışmağımla bağlı qeyddir. Ancaq mənim komitədə fəaliyyətim iyun ayından deyil, rəsmi olaraq sentyabr ayından başlayıb.
Ötən iki ildə birbaşa komitə ilə işləyən jurnalistlərə xüsusi minnətdarlığımı bildirirəm”.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi