Modern.az

Ukraynada separatçılar yenidən atəşkəsi pozublar

Ukraynada separatçılar yenidən atəşkəsi pozublar

23 Oktyabr 2014, 15:20


Qondarma “Donetsk Xalq Respublikası”nın “baş naziri” Vitali Zaxarçenko separatçıların Ukrayna mövqelərinə hücuma başladıqlarını bildirib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Zaxarçenko Slavyansk, Mariupol və Kramatorsku Ukraynadan geri alacaqlarını bildirib: “Atəşkəs rejiminə yalnız biz riayət edirdik. Ötən gündən başlayaraq Ukrayna ordusuna cavab verməyə başlamışıq. Kramatorsk, Mariupol, Slavyansk bizimdir, özümüzə qaytaracağıq. Ona görə hələ bizi ağır döyüşlər gözləyir”.

Rəsmi Kiyev və ölkənin şərqindəki separatçılar arasında sentyabrın əvvəllərində atəşkəs barədə razılaşma imzalanıb. Bundan başqa, Ukrayna Donbas regionuna xüsusi status verərək, bütün separatçılara amnistiya elan edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi