Modern.az

Litvalı jurnalist Modern.az-ın qonağı oldu – FOTOLAR

Litvalı jurnalist Modern.az-ın qonağı oldu – FOTOLAR

24 Oktyabr 2014, 11:03

Bir neçə gün öncə Bakı Humanitar Forumunda iştirak etmək üçün şəhərimizə təşrif gətirən qonaqlar arasında litvalı jurnalist, www.slaptai.lt saytının baş redaktoru Gintaras Visoçkas da var idi.

Humanitar forum bitdikdən sonra saytımız redaksiyasına qonaq gələn litvalı jurnalist öz fəlaiyyəti ilə bağlı Modern.az-a danışıb. Həmin müsahibəni təqdim edirik.

- Cənab Visoçkas, ilk olaraq Litvadakı fəaliyyətinizdən, rəhbərlik etdiyiniz saytın məqsədlərindən danışardınız?

- Mən Vilnüs şəhərində fəaliyyət göstərən Slaptai.lt saytının baş redaktoruyam. Saytımız müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, beynəlxalq siyasət və mədəniyyət barədə operativ informasiyalar veririk. Çalışırıq ki, oxucunu operativ informasiya ilə təmin daim təmin edək.

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətiniz diqqət çəkir. Ermənistanın Azərbaycana təcavüz etdiyi barədə Litva cəmiyyətinin məlumatı varmı? Ümumiyyətlə, münaqişə barədə nə deyə bilərsiziniz? 

- Ermənistanın Dağlıq Qarabağ işğal etməsi işğal faktıdır. Bu birmənalı olaraq belədir. Sadəcə, Avropadakı erməni diasporu təbliğat aparaq bu geçəyi dəyişməyə çalışır. Yeri gəlmişəkn onlar Litvada da çox aktivdirlər. Amma Azərbaycanın Litvadakı səfirliyi bütün səvityyələrdə Qarabağ həqiqətlərini təbliğ edir və erməni təxribatlarının qarşısını alır. Ümumiyyətlə, Litva Respublikası üçün iqtisadi inkişafına görə Cənubi Qafqazın lideri olan Azərbaycanla isti münasibətlər blokada və işğalçı siyasəti ilə özünü dalana dirəmiş Ermənistandan daha prioritetdir.

- Bildiyimiz qədər ilə Dağlıq Qarabağ da daxil olmalqa postsovet məkanındakı bir çox “qaynar nöqtələr”də olmusunuz. Hərbi jurnalist keçmişiniz barədə nə deyə bilərsiniz?

- Bəli mən Dağlıq Qarabğda, Çeçenistanda və 1999-cu ildə Kosovo gölgəsində jurnalsitkimi fəaliyyət göstərmişəm. Həmin dövrlər çox qarışıq və təhlükəli idi. O zamanları xatırlamaq çox çətindir. 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu