Modern.az

Musa Yaqub: “Halsızam, gücsüzəm” - Şair xəstəliyinin səbəbini AÇIQLADI

Musa Yaqub: “Halsızam, gücsüzəm” - Şair xəstəliyinin səbəbini AÇIQLADI

24 Oktyabr 2014, 12:46


“Əməliyyatdan sonra müalicə olunuram. Halsızam, gücsüzəm”. Bunu Modern.az saytına açıqlamasında tanınmış şair Musa Yaqub bildirib. O bir neçə həftə bundan əvvəl İstanbulda böyrək əməliyyatı keçirib. Musa Yaqub hazırda səhhətindən o qədər də razı qalmasa da, yavaş-yavaş sağalacağına inanır:

“Zəng edirlər, əhvalımı soruşurlar. Xəstəlikdir, deyə bilmərəm necə olacağam. Böyrəyimdə və sidik kisəmdə daş var idi. Türkiyədə əməliyyat etdilər, çoxlu daş çıxartdılar. Yəqin ki, yavaş-yavaş düzələcəyəm”.

Ulduz İBRAHİMOVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI