Modern.az

Türkiyə, Gürcüstan və Azərbaycan birgə hərbi təlimlər keçirəcək

Türkiyə, Gürcüstan və Azərbaycan birgə hərbi təlimlər keçirəcək

24 Oktyabr 2014, 21:29



Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatda əməkdaşlıq çərçivəsində birgə komanda və səhra təlimləri keçiriləcək. Modern.az bildirir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb. Mənbənin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəlin Gürcüstanın baş naziri İrakli Qaribaşvili görüşündə birgə təlimlərin keçirilməsi barədə razılaşma əldə olunub. Gürcüstan hökumətinin başçısı ümidavar olduğunu bildirib ki, Türkiyə NATO ilə Gürcüstanın yaxınlaşması üzrə tədbirlər paketinin implementasiyası prosesinə maksimum dərəcədə səy göstərəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi