Modern.az

İrandan şok iddia: ABŞ İŞİD-i silah və ərzaqla təmin edir

İrandan şok iddia: ABŞ İŞİD-i silah və ərzaqla təmin edir

26 Oktyabr 2014, 19:34



İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Cezayiri ABŞ-ın terror təşkilatı “İraq Şam İslam Dövləti”nə (İŞİD) silah, ərzaq və tibbi ləvazimat dəstəyi verdiyini iddia edib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Cezayiri deyib ki, ABŞ İŞİD-ə yardımlarını davam etdirir. Vaşinqton rəhbərliyinin İŞİD-ə qarşı mübarizəsinin “saxta” olduğunu iddia edən Cezayiri bildirib: “ABŞ və beynəlxalq koalisiya terrorçu İŞİD-lə mübarizə apardığını deyir, ancaq ABŞ özü təşkilata silah, ərzaq və tibbi ləvazimat köməkliyi də edir”. 

Cezayiri ABŞ-ın İŞİD-ə qarşı döyüşən qruplara havadan etdiyi yardımların bir qisminin İŞİD yaraqlılarının əlinə keçdiyi iddialarına işarə edərək, “ABŞ-ın hava məkanını nəzarət etdiyini və region haqqında da lazımi məlumata malik olduğunu və yardımların İŞİD-in əlinə keçməsinin səhv deyil, qəsdən olduğunu” irəli sürüb. Onun iddiasına görə, ABŞ təyyarələri İŞİD-ə qarşı mübarizə aparan qruplara havadan silah, sursat və dərman yardımı atıb, lakin yardımların bir qismi İŞİD-in əlinə keçib.

Amerikan Mərkəz Qüvvələri Komandanlığı da iddiaları qismən təsdiqləyərək, “İŞİD-in nəzarətindəki bölgəyə düşən bəzi silah və tibbi ləvazimatların, vurularaq məhv edildiyini” açıqlayıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi