Modern.az

Ermənistan parlamentindəki terror - VİDEO

Ermənistan parlamentindəki terror - VİDEO

27 Oktyabr 2014, 13:17

Hadisənin törədilməsindən 15 il ötür...


Bu gün Ermənistan parlamentində baş verən qanlı terror aktının 15 illiyi qeyd olunur. Modern.az xatırladır ki, 1999-cu il oktyabrın 27-də Ermənistan palmentinin növbəti iclası zamanı 6 nəfər silahlı şəxs iclas zalına daxil olaraq deputat və nazirlərdən ibarət 50 nəfəri girov götürüblər. Zala daxil olan kimi terrorçular ilk olaraq baş nazir, 1992-1993-cü illərdə Ermənistanın baş naziri olan Vazgen Sərkisyanı və parlamentin spikeri, 1974-1988-ci illərdə Ermənistanın Kommunist Partiyasının 1-ci katibi olan Karen Dəmirçiyanı qətlə yetiriblər. Bundan başqa, terror aktında vitse-spikerlər Ruben Miroyan, Yuri Baxşyan, deputatlar – Armenak Armenakyan, Henrix Abramyan, Mikael Kotanyan və ölkənin operativ işlər naziri Leonard Petrosyan öldürülüb.

Hadisə yerinə gələn o zamankı Ermənistan prezidenti Robert Köçəryan terrorçu qrupun rəhbəri, “Daşnaksütyun” Partiyasının keçmiş üzvü Nairi Unanyanla birbaşa danışıqlar aparıb. Oktyabrın 28-i səhər saatlarında girovları qrup şəklində azad edən terroçular könüllü olaraq hüquq-mühafizə orqnalarına təslim olublar. 8 nəfərin ölümündə, 7 nəfərin ağır yaralanmasında təqsirləndirilən terrorçular məqsədlərinin baş nazir Vazgen Sərkisyanı öldürərək ölkəni parçalanmadan xilas etmək olduğunu iddia ediblər. Məhkəmənin qərarı ilə silahlı qrupun üzvləri – Nairi Unanyan (rəhbər), Karen Unanyana (qardaşı), Eduard Qriqoryan, Vram Qalstyan, Derenik Becanyan və Aşot Knyazyan ömürlük həbs cəzasına məhkum ediliblər. Terrorçulara yardım edən Hamlet Stepanyan isə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Robert Köçəryanın ölkədə ümummilli matəm elan etməsinə baxmayaraq, bir çox ekspertlər terror aktında onun rolununu olduğunu iddia edirlər. Çünki parlamentdə baş verən teror aktı nəticəsində Köçəryan hakimiyyəti üçün təhlükə törədən Vazgen Sərksiyan və Karen Dəmirçiyan öldürülmüşdülər.

Digər ehtimallara görə, Nairi Unanyanın silahlı dəstəsi İstanbulda NATO-nun zirvə toplantısı zamanı Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişini pozmaq üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanmışdı. Hadisənin motivləri və sifarişçiləri ilə bağlı diskussiyalar Ermənistan cəmiyyətində bu günə qədər davam edir.

 



Vüqar İsmayılov      
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi