İngiltərədə bir ana kor olan xəstə qızının çəkdiyi ağrılara dözə bilməyərək açdığı evtanaziya iddiasını qazanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 12 yaşındakı qızın həyatına son verilib. İngiltərə bir ananın vermək məcburiyyətində qaldığı ən çətin qərardan danışır. Çalotte Fitzmauricenin 12 il əvvəl dünyaya gələn qızı Nensi doğular-doğulmaz miningit keçirib. Kor olan Nancy yeriyə, danışa, yemək yeyə bilmir, günün böyük hissəsini ağrıdan qışqıra-qışqıra keçirirmiş.
Qızının bu ağrılarına dözə bilməyən ana Ali Məhkəmədə qızının həyatına son verilməsi üçün icazə iddiası açıb. Qadın deyib ki, 12 il xəstəxanalarda qalaraq Nensini bu günə qədər yaşadıb: “Morfi və digər güclü ağrıkəsicilərə immunitet qazandığı üçün ağrıları dayanmırdı. Beynində davamlı maye yığılırdı. Məhkəmənin qərarından 14 gün sonra qızımın həyatına son verilib. Artıq dincliyə qovuşdu, lakin mən özümü heç bir zaman bağışlamayacağam”.
Modern.az