Modern.az

İlyas Tapdıq: “Həkimsiz yaşamaq olmur”

İlyas Tapdıq: “Həkimsiz yaşamaq olmur”

28 Oktyabr 2014, 10:02



“Bu yaşda hamı ağrıyır. Mən də bəzən ağrılar hiss edirəm. Amma şükür vəziyyətim ağır deyil. Həkim məsləhətini dinləyirəm. Həkimsiz yaşamaq olmur“.

Bunu Modern.az saytına açıqlamasında qocaman şair İlyas Tapdıq deyib. Qeyd edək ki, İlyas Tapdıq uzun müddət idi ki, səhhətinə görə müalicə alırdı. İ. Tapdıq həkimlərin məsləhəti ilə bir ay Bilgəh sanatoriyasında da qalmalı olub. Bütün bunlara baxmayaraq şair hazırda özünü yaxşı hiss etdiyini qeyd edir: 

“Müalicə və müayinə üçün həkimə gedirəm. Hətta televiziyalarda belə, həkimlərin məsləhətlərini diqqətlə izləyirəm”.  

Məltəm Talıbzadə
 
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI