Modern.az

2014-cü ildə “Qızıl top”a namizədlər - SİYAHI

2014-cü ildə “Qızıl top”a namizədlər - SİYAHI

Dünya

28 Oktyabr 2014, 11:52



FİFA-nın rəsmi saytında 2014-cü ildə “Qızıl top” almaq iddialı olan namizədlərin siyahısı açıqlanıb. Modern.az xəbər verir ki, baş məşqçilərin və milli komandaların kapitanlarının, eləcə də KİV təmsilçilərinin səsverməsi nəticəsində 3 finalçı müəyyənləşdiriləcək. Onların adları dekabrın 1-də məlum olacaq. Mükafatın sahibi 2015-ci il yanvarın 12-də Sürixdəki mərasimdə açıqlanacaq.

Namizədlər bunlardır: Mario Götse (“Bavariya”, Almaniya), Filipp Lam (“Bavariya”, Almaniya), Tomas Müller (“Bavariya”, Almaniya0, Manuel Noyer (“Bavariya”, Almaniya), Aryen Robben (“Bavariya”, Hollandiya), Bastian Şvaynştayqer (“Bavariya”, Almaniya), Qaret Beyl (“Real”, Uels), Kərim Benzema (“Real”, Fransa), Kriştianu Ronaldo (“Real”, Portuqaliya), Toni Kros (“Real”, Almaniya), Serexio Ramos ( “Real”, İspaniya), Xames Rodriqes (“Real”, Kolumbiya), Dieqo Kosta (“Çelsi”, İspaniya), Tibo Kurtua (“Çelsi”, Belçika), Eden Azar (“Çelsi”, Belçika), Anxel di Mariya (“Mançester Yunayted”, Argentina), Zlatan İbrahimoviç (PSJ, İsveç), Yaya Ture (“Mançester Siti”, Kot -d`İvuar), Pol Poqba (“Yuventus”, Fransa), Lionel Messi (“Barselona”, Argentina), Neymar (“Barselona”, Braziliya), Xavyer Maskerano (“Barselona”, Argentina), Andres İnyesta (“Barselona”, İspaniya).

Ötən il “Qızıl top”u “Real”ın hücumçusu Kriştianu Ronaldo alıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi