İran məhkəmələrində yetkinlik yaşına çatmayanlara qarşı ölüm hökmlərinin çıxarılması davam edir. Modern az xarici KİV-ə istinadən xəbər verir ki, təkcə 2014-cü ildə İranda cinayət törədərkən yaşı 18-ə çatmayan 8 nəfər edam olunub. Ümumilikdə, İranda 2013-cü ilin iyun ayından bu ilin iyun ayına qədər 853 nəfər edam olunub. Bu haqda BMT-nin İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Əhməd Şaxida məlumat verib. Məruzəçinin sözlərinə görə, İranda arvadına, yaxud ərinə xəyanət, xroniki içki aludəçiliyi, narkotik saxlamaq və insan alveri ilə bağlı ölüm hökmü çıxarılır. BMT-nin nümayəndəsi məruzəsində qeyd edib ki, İranda qadınların 66 faizi ailədə zorakılığa məruz qalır.
Modern.az