Milli Məclisin oktyabrın 28-də keçirilən iclasında millət vəkili, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bankları QHT-lərə qarşı qanunsuz hərəkətlər etməkdə günahlandırıb.
Modern.az-ın məlumatına görə, A.Quliyev deyib ki, bəzi banklar QHT-lərə münasibətdə öz müştəriləri arasında ciddi fərqlər qoyur: “Əgər hansısa xidmət üçün digər müştərilərdən 1 manat 50 qəpik manat tələb olunursa, QHT-lərdən 100 manat, bəzən isə 1000 manat xidmət haqqı tələb edirlər. Bu, açıq-aşkar qanunsuzluqdur və məsələyə yüksək səviyyədə münasibət bildirilməlidir”.
Aqşin Kərimov